Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    1491454689_1Əkinçiyə yaxşı gəlir gətirən kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Ölkə Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, taxılçılıqla yanaşı həm şəkər çuğunduru, həm də pambıqçılığın inkişafına xüsusi önəm verib. Bu il bizim İsmayılbəyli kəndində şəkər çuğunduru əkib-becərən fermerlərin sayı xeyli çoxalıb.
    Mən özüm ailə üzvlərimlə yanaşı 1 hektar, qonşu fermer Elşad Məmmədov 2,5 hektar, Fəxrəddin Axundov isə 3 hektar sahədə şəkər çuğunduru becərib.
    Artıq bir neçə gündür ki, sahələrdə çuğundur yığımını başa çatdırmışıq. Mən 1 hektardan 60 ton, Elşad 2,5 hektardan 160 ton, Fəxrəddin isə 3 hektar sahədən İmişli şəkər zavoduna 200 ton məhsul təhfil verdik. Onu da qeyd edim ki, zavod bizimlə bağladığı müqaviləyə əsasən, becərmə işlərində olduğu kimi, hazır məhsulun sahədən daşınmasında da bizlərə yaxından köməklik göstərdi. İmişli şəkər zavodunun xüsusi yük maşınları hazır məhsulu sahədən zavoda pulsuz daşıdı.

    İlqar ƏSƏDOV,
    İsmayılbəyli Bələdiyyəsinin sədri, fermer

    Müəllif: Redaktor, 12:29

    Teqlər:

İsmarıclar bağlıdır.