Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    0001Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvləri barıt qoxulu Tərtər torpağında rayonun fəal qadınları ilə görüşüblər.
    “Dəyirmi masa” ətrafına toplaşan hər iki rayonun nümayəndələri səmimi bir şəraitdə Azərbaycan qadınlarını narahat edən məsələlər barədə danışıblar.
    Birliyin sədri Gülqədəm Mirzəzadə fəaliyyətlərinin əsas məqsədi barədə ətraflı məlumat verib.
    “Cəbhəyani bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər” layihəsi çərçivəsində fəal Tərtər qadınlarının təklifləri dinlənilib.
    Rayonumuzun fəal qadınlarından Səlimə Yusibova, Fitat Əliyeva, Aybəniz Məmmədova, Zəhra Əliyeva, Gülxar Abbasova, Kəmalə Yaqubzadə, Gülüstan Əhmədova cəbhə bölgəsində yaşayan qadınların həyatından söhbət açıblar.
    “Dəyirmi masa”nın sonunda tədbir konsert proqramı ilə davam etdirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:55

    Teqlər:

İsmarıclar bağlıdır.