Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    VipTalisman20Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, “İl boyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq” aksiyası keçirir. Aksiyanın məqsədi müxtəlif sahələrdə çalışan insanlara, sadə peşə sahiblərinə kitab hədiyyə etməklə əhalidə kitaba maraq yaratmaqdır.
    Tərtər rayonunda fəaliyyət göstərən Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərlinin təşkilatçılığı ilə könüllülər “Oxuyaq, oxudaq” aksiyasına qoşulublar.
    Tərtərli yazar Svetlana Əzizova öz şəxsi kitabxanasından Bilik Evinə 50 kitab hədiyyə edib. İki gün-19-20 sentyabr tarixlərdə keçirilən aksiyada Bilik Evinin könüllüləri tərəfindən həmin kitablar müxtəlif məkanlarda rayon sakinlərinə paylanılıb.
    “Oxuyaq, oxudaq” askiyası rayon ziyalılarında maraq oyadıb, şair-puplisist Tofiq Yusif, Qədir Tərtərli, şəxsi kitabxanasında 12 mindən çox kitab olan Rauf Həsənzadə də bu aksiyaya qoşulublar. Gələn həftə “Oxuyaq, oxudaq” aksiyası yerli yazarlardan ibarət könüllülərin Bilik Evinə hədiyyə etdikləri kitablarla davam etdiriləcək.

    Müəllif: Redaktor, 15:15

    Teqlər:

İsmarıclar bağlıdır.