Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    DSC_5450 (Копировать)(1)Изображение 373Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşü-qəbulu Rəcəbli kəndində oldu.

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

    Rayon rəhbəri əvvəlcə məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik etdi, məktəbə yeni qədəm basmış birincilərə uğurlar dilədi.

    Sonra Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumatlar verdi.

    Kənd ağsaqqalı Sadıq Tağıyev və Rəcəbli kənd ümumi orta məktəbin direktoru Mayıl Aslanov çıxış etdilər, məktəbin əsaslı təmir olunmasından, təhsilə, kənd sakinlərinə göstərilən diqqət və qayğıdan danışdılar, görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdilər.

    Sonra sakinlərdən Qəzənfər Şirinov, Ələddin Hacıyev, Azər Rəhimov və İsrail Mahmudov kənddə mövcud olan bəzi problemləri dilə gətirdilər. Onlar kəndə telefon, xətti və qaz çəkilməsi, köhnəlmiş elektrik xətlərinin dəyişdirlməsi, əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün 2 subartezian quyusunun qazılması, kəndarası və qəbiristanlığa gedən yolların təmir olunması ilə bağlı müraciət etdilər.

    Qaldırılan məsələlər barədə əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.

    Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar görüş-qəbullardan razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 15:28

    Teqlər:

İsmarıclar bağlıdır.