Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    DSC_5711 (Копировать)DSC_5713 (Копировать)Pambıq yığımı ilə əlaqədar pambıqçıların müşavirəsi keçirildi.

    Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilatların pambıq qəbulu məntəqələrinin təmsilçiləri, pambıq istehsalçıları, fermerlər, keçmiş qabaqcıl pambıqçılar, sürücü-mexaniklər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak  etdilər.

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair  ölkə rəhbərinin respublikamız üçün çox mühüm sahə olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu bildirdi.  Rayon rəhbəri kənd təsərrüfatının strateji məhsulu olan pambığın gələcəkdə əkin sahələrinin genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirməsi qeyd olundu.

    Göstərildi ki, Tərtər torpağı çox məsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir.  Əvvəllər rayonda 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür.

    Respublika Prezidenti İlham Əliyev tərəfindən pambıqçılığın inkişafına verilən dəstək tərtərli pambıqçılarda da böyük ruh yüksəkliyi yaradıb və bu il onlar 3123 hektar sahədə pambıq əkiblər ki, bu da ötən illə müqayisədə 2000 hektar artıqdır.

    Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı pambıq tarlalarında oldu, kənd əməkçiləri ilə görüşüb öz tövsiyyələrini verdi.

    “Ağ qızıl”ın toplanması üçün pambıqyığan maşınlar tarlalara çıxdı.

    Tarlalarda məhsul boldur. Texnikanın köməyi ilə kənd əməkçiləri pambığı tez və itkisiz yığaraq təhvil verməyə çalışırlar.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 15:37

    Teqlər:

İsmarıclar bağlıdır.