Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    DSC_6147gosterilenAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Müharibə veteranı və əlillərin sosial müdafiəsinə yardım” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlilləri və rayon gənclərininn nümayəndələri iştirak ediblər.
    Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açıb.
    İctimai birliyin sədri Emin Həsənli çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində sağlamlığını itirmiş soydaşlarımıza dövlət qayğısı barədə məlumat verib, bölgələrdə yaşayan müharibə veteranları və əlillərinə göstərilən sosial köməklik barədə danışıb.
    Tədbirdə çıxış edənlər müharibə veteranlarının və ailələrinin problemlərinin həll edilməsinin cəmiyyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini söyləyiblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:19

    Teqlər:

İsmarıclar bağlıdır.