Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    21212)neftcala“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri yenidən cəbhə bölgəsi olan Tərtər torpağında rayonumuzun fəal qadınları ilə görüşüblər. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” ətrafında söhbət ediblər.
    Tədbir iştirakçıları rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nicat İsgəndərovun valideynləri ilə də görüşüb, onlara hədiyyələr təqdim ediblər.
    Sonra isə “N” saylı hərbi hissədə olublar. Onlar hərbçilərlə çay süfrəsi arxasınada əyləşərək, hədiyyələr təqdim ediblər. Əsgərlərə Neftçala məktəblilərinin məktubları paylanıb, müəllim və şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər dinlənilib. Görüş Tərtər məktəblisi Aytac Süleymanzadənin oxduğu “Qarabağ şikəstəsi” ilə başa çatıb.
    Neftçalalılar rayonumuzdan xoş təəssüratla ayrılıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:30

    Teqlər:

İsmarıclar bağlıdır.