Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    IMG-20171002-WA0005YAP rayon təşkilatının Şura iclası oldu.
    İclasda YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Göstərdi ki, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, tarixi zərurətin tələblərindən irəli gələn bir siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur.
    Sonra Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən bu günümüzədək göstərdiyi səmərəli fəaliyyətdən, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı əvəzolunmaz roldan, partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin sürətli inkişafından danışdı.
    Sonra Ramiz Şabanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixdə təntənəli tədbir keçiriləcəkdir.
    Bu məqsədlə rayon təşkilatı YAP-ın 25 illiyi ilə əlaqədar görüləcək işlərə dair tədbirlər planı hazırlamışdır. Hər bir ərazi ilk partiya təşkilatında yığıncaqların keçirilməsi və bu yığıncaqlarda YAP-ın keçdiyi tarixi yoldan, ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən bəhs edilərək Heydər Əliyev ideyalarının qələbə çalması, ölkəmizin bu gün partiyamızın Sədri, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri arasında layiqli və şərəfli bir yer tutması haqqında əhaliyə lazımi məlumatların çatdırılması vəzifə olaraq qarşıya qoyulmuşdur.
    İclasda çıxış edən Şura üzvlərindən Hicran Hüseynova, Məhəbbət Məmmədov, Səlimə Yusibova, Kərrar Bayramov, Gülarə Əkbərova və Kamil Məmmədov qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası olaraq hələ uzun illər doğma Azərbaycan xalqının və Azərbaycan dövlətinin gələcəyi naminə fəaliyyət göstərəcək, bunun üçün hər bir partiya üzvü öz iradəsini ortaya qoyacaqdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:34

    Teqlər:

İsmarıclar bağlıdır.