Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    Q-tDSC_5996 (Копировать)“Dünya” Müstəqil Televiziya Şirkəti tərəfindən Tərtər oğullarının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub.
    Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev film haqqında məlumat verib.
    Filmin təqdimatından sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, əməkdar artist Azad Şükürov çıxış edərək Tərtərli gənclərin vaxtı ilə Tərtər özünümüdafiə bataliyonunda vuruşmuş igidlərimizin qəhrəmanlıq və döyüş şücaətlərinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini bildirib, filmin çəkilişi üçün göstərdiyi dəstəyə görə rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov çıxış edərək, tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, tərtərlilər bu gün də düşmənin cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, öz doğma torpaqlarında mətinliklə yaşıyıb işləyirlər.
    Rayon rəhbəri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, ekran əsərinin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirərək, “Dünya” Müstəqil Televiziya Şirkətinin prezidenti Ramiz Hüseynova xatirə hədiyyəsi təqdim edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:39

    Teqlər:

İsmarıclar bağlıdır.