Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    DSC_6222 (Копировать)Prokurorluq işçilərinin peşə bayramı günü əvvəlcə rayonun mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
    Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunlarımızın aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
    Sonra rayon prokuroru Şıxəli Alməmmədov, hərbi prokuror Fuad Məmmədov, polis şöbəsinin rəisi Rauf Məcidov, rayon məhkəməsinin sədri Nadir Əsgərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ülvü Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi İslam Məmmədov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:04

    Teqlər:

İsmarıclar bağlıdır.