Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    MİNNƏTDARLIQ İFADƏ ETDİLƏR

    DSC_5803 (Копировать)Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti ərazinin sosial-iqtisadi inkişafı barədə məlumat verib, kənddə mövcud olan xidmət obyektlərinin fəaliyyətindən danışdı.
    Sonra kənd ağsaqqalları Qanboy Musayev və Vaqif Quliyev çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Ağsaqqallar görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq bildiriblər.
    Sonra Tünzalə Cəfərova Azadqaraqoyunlu kənd tam orta məktəbinin bu ilki məzunlarının uğurlarından danışaraq məktəblərinin təmirə ehtiyacı olması, Qəmbər Süleymanov pay torpağının məcburi köçkünlər tərəfindən zəbt edilmə-si, şəhid anası Əsli Məmmədova evinin təmiri, Aşağı Qapanlı kəndinin sakini Əlövsət Əliyev kəndlərinə qaz çəkilməsi, Cavanşir Əliyev və Rəsmiyyə Babayeva su çatışmazlığı, qəzalı vəziyyətdə olan işıq dirəkləri ilə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərlə bağlı əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar görüş-qəbullardan razı qaldıqlarını bildi-rərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:50

    Teqlər:

İsmarıclar bağlıdır.