Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    CƏBHƏ BÖLGƏSİNDƏ İŞLƏMƏK İKİQAT MƏSULİYYƏTDİR

    DSC_22348d5fde59f5291548a0f13353678ea63bMəlum olduğu kimi, “Regionların Sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı” 2004-cü ilin əvvəlində-fevral ayında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildəki seçkiqabağı proqramının bir hissəsi idi. 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü “Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Hazırda “Regionların Sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Bu proqramın cəbhəyanı bölgə olan Tərtərdə necə yerinə yetirilməsi və bütövlükdə son illərdə rayonda görülən işlərlə bağlı “Made in Azerbaijan” jurnalının suallarını Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov cavablandırır.
    495250_24495250_25–Müstəqim müəllim, icra başçısı kimi Tərtər və tərtərlilərlə ilk görüşünüzü necə xatırlayırsınız?
    –Rayon ictimaiyyəti ilə ilk görüşüm üç il əvvəl mayın 9-da, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə oldu. Tədbirdə ikinci dünya müharibəsi iştirakçıları ilə yanaşı sinəsi orden və medallarla dolu I Qarabağ müharibəsi veteranları da iştirak edirdilər. Bu insanların üzlərində, baxışlarında keçdikləri çətin və şərəfli döyüş yolunun izləri vardır. Həmin gündən mənə aydın oldu ki, cəbhə bölgəsində işləmək rayon rəhbəri üçün ikiqat məsuliyyətdir.
    –Ötən müddətdə rayonda baş vermiş dəyişikliklər və III Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
    6b65304ec1b4f65814054a4929b68f19новый-1–Son illər rayonda görülən işlərin əsas məqsədi insanların rahatlığının təmin edilməsi və Tərtərin Azərbaycanın abad və yaşıl şəhərlərindən birinə çevrilməsidir. Bundan ötrü ilk növbədə şəhərin küçə və prospektlərinin abadlaşdırılmasından başladıq. Belə ki, Heydər Əliyev prospektində, Elman Hüseynov, Nizami və digər küçələrdə yenidənqurma işləri aparıldı, gecə işıqlandırılması çəkildi, burada minlərlə yeni ağac əkildi, güllüklər salındı. I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun, Famil Qulaminin adlarını daşıyan küçələrdə aparılan işlər bu insanlara ümumxalq məhəbbətinin təcəssümü olmaqla yanaşı, həm də tərtərlilərin rahatlağına yönəlmiş tədbirlərdir.
    121211 (1)–Müstəqim müəllim, ötən ilin aprel hadisələri zamanı Tərtərə gələn qonaqlar müharibə şəraitində yaşayan bir rayonda tikinti işlərini heyranlıqla müşahidə edirdilər.
    –Bu, həqiqətən də belədir. Cəbhədə döyüş getdiyi bir zamanda biz əlimizi işdən soyutmamışıq. Son illərdə istifadəyə verilən onlarla yeni yaraşıqlı bina şəhərimizin görkəmini daha da gözəlləşdirib. Bunlar rayon təhsil şöbəsi, statistika, kənd təsərrüfatı, işıq idarələri üçün inzibati binalar, YAP Tərtər rayon təşkilatının inzibati binası, şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, 100 yerlik müasir tipli uşaq bağçası–körpələr evi və digərləridir.
    Eyni ahənglə Tərtərin yaşıllaşdırılması işlərini də davam etdiririk. Hazırda Tərtər çayının sahilində 4 hektar ərazidə yeni park salınır. Rayonumuzdakı möhtəşəm Heydər parkından sonra bura sakinlərin və qonaqlarımızın istirahəti üçün ikinci gözəl və rahat məkan olacaq.
    –Üçüncü Regional Dövlət Proqramı çərçivəsində ən iri və tərtərlilər tərəfindən razılıqla qarşılanan layihə hansıdır?
    –Dövlətimizin və ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Tərtərdə görülən bütün işlər insanların daha firavan yaşamasını təmin etdiyi üçün daim razılıq hissi ilə qarşılanır. Bununla belə hesab edirəm ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Tərtər şəhərinin içməli su xəttinin və kanalizasiya sisteminin istifadəyə verilməsi xüsusilə yaddaqalan oldu. İndi Tərtərin hər bir küçəsində sakinlər 24 saat ərzində içməli su ilə təmin ediliblər.
    –Müstəqim müəllim, bilirik ki, rayon rəhbəri kimi siz vaxtınızın böyük bir hissəsini hərbi hissələrdə, cəbhəyanı kəndlərdə keçirirsiniz. Cəbhəyanı kəndlərin abadlaşdırılması, burada insanların rahat və təhlükəsiz həyatının təmin edilməsi ölkə başçısı tərəfindən qarşıya qoyulan ən mühüm vəzifədir. Bu sahədə rayonda hansı işlər görülüb?
    –Biz ilk növbədə cəbhəyanı kəndlərdə yolların asvaltlanmasına nail olduq, gecə işıqlandırılması çəkdik. Uzun illər işıqlandırılmayan Çaylı kəndində də yeni transformator quraşdırıldı. Qapanlı kəndində istinad divarları çəkildi, düşmən tərəfindən dağıdılmış evlər bərpa olundu, yeni məktəb, tibb məntəqəsi tikildi, 10-dan çox yeni subartezian quyusu qazılıb istifadəyə verildi. O cümlədən digər cəbhəyanı kəndlərdə də bu işlər görülür.
    –Bilirik ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən də əkinçilik təşkil edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi qarşıya qoyulduğu bir vaxtda, Tərtər rayonunda insanların əhval-ruhiyyəsi necədir?
    –Tərtərlilər kənd təsərrüfatının son illər unudulmuş sahələrinin–pambıqçılığın, baramaçılığın, bağçılığın inkişafı ilə bağlı ölkə başçısının çağırışlarını böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Rayonda 2017-ci ilin məhsulu üçün 9871 hektar sahədə payızlıq dənli bitkilər səpilmiş, hər hektardan 38,3 sentner taxıl, 31,4 sentner arpa biçilmişdir. 3068 hektar sahəyə çiyid səpilmiş, yaxşı bitiş alınmışdır. Hazırda pambıq yığımı davam etdirilir. 1535 hektar sahədə şəkər çuğunduru becərilir.
    Cari ildə rayonda 4610,3 kq barama istehsal edilmişdir ki, bu da ötən illə müqayisədə 4,6 dəfə çoxdur.
    –Müstəqim müəllim, tərtərlilər vətənə sədaqətlərini I Qarabağ müharibəsi dövründə də, atəşkəs illərində də nümayiş etdirmişlər. Ötən ilin aprel hadisələri zamanı isə bütün dünyanın nəzərləri Tərtərə dikilmişdi.
    –Bəli, indi də rayona gələn qonaqlar ordu ilə yanaşı düşmənə mərdliklə sinə gərən dinc əhalinin qəhrəmanlığının şahidi olurlar.
    Mən həmişə öz çıxışlarımda əhaliyə “qəhrəman tərtərlilər” deyə müraciət edirəm. Bu. Belədir və belə də olacaq.

    Müəllif: Redaktor, 14:21

    Teqlər:

İsmarıclar bağlıdır.