Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    DSC_5564   Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
    Belə görüşlərdən biri də rayonun Söylən kəndində keçirilib.
    Əvvəlcə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Əsədov məlumat verib.
    Sonra səyyar qəbulda iştirak edən sakinlərdən Akif Xəlilov, Afaq Məmmədova, Əlövsət Səfərov, Mahir Məmmədov, Əşrəf Sadıqov, Yaqub Ağayev, Bağdagül Həsənova və Əliş Aslanov çıxış edərək rayon mərkəzindən kəndlərinə gələn yolun yenidən tikilərək istifadəyə verilməsindən, bütün evlərə telefon xəttinin çəkilməsindən, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıblar.DSC_5561Sakinlər əsasən suvarma və icməli su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, kəndə qaz çəkilişinin sürətləndirilməsi kimi həlli vacib məsələlərə köməklik göstərilməsini xahiş etdilər.
    Səyyar görüş-qəbulu yekunlaşdıran Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerində öyrənmək, onların müraciətlərinin operativ həlli üçün tədbirlər görməkdir.
    Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapdı, digərlərinin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.

    Müəllif: Redaktor, 10:49

    Teqlər:

İsmarıclar bağlıdır.