Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    Silsilə tədbirlər

    IMG_8787Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə, mədəniyyət, gənclər və idman idarələri tərəfindən yerlərdə “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.
    Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, nümayəndəsi Çingiz İsayev, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva, narkoloq-həkim Rima Axundova, poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova, rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Müzakir Məmmədov, gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov, onun müavini Səadət Hüseynova, təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev, Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadə, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, şəhər 6 saylı tam orta məktəbinin direktoru Azad Abbasov və başqaları narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumxalq işi olduğunu söyləyiblər..
    Tədbirlərdə yaşlı nəslin nüfuzlu nümayəndələri, əmək və müharibə veteranları da iştirak ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:18

    Teqlər:

İsmarıclar bağlıdır.