Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    DSC_7242 (Копировать)(1)Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb və Tərtər rayonu haqqında qonaqlara məlumat verib.
    Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzə ilə çıxış edib.
    Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, qonaqlardan Könül Abdulova, Heydər Əliyev Mərkəzinin ekspozisiya və fondlarının zənginləşdirilməsi haqqında Departamentin Elmi araşdırmalar və təbliğat şöbəsinin aparıcı mütəxəssisi Günay Səfərova, Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə maraqlı çıxışlar ediblər.
    Çıxışlardan sonra Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.
    Tədbirin sonunda Bakı Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən Tərtər rayon Heydər Əliyev Mərkəzinə 16 adda kitab hədiyyə edilib.
    Sonra qonaqlar Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində olan, ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə özləri tərəfindən 1978-ci ildə inşa edilmiş “Marağa-150” abidəsinə baxıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:32

    Teqlər:

İsmarıclar bağlıdır.