Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    Q_1Bu görüş Azadqaraqoyunlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi üçün daha əlamətdar, yaddaqalan olub. Ona görə ki, həmişə olduğu kimi bu il də vaxtilə bu kənd məktəbində təhsil alan, texnika elmləri doktoru, professor Rasim Axundov onların görüşünə gəlib. Bu görüş həm müəllimlər, həm də şagirdlər və valideynlər tərəfindən böyük sevinclə qarşılanıb.
    Professor şagirdlərə daim elmli olmağı tövsiyə edib və müstəqil həyatda onlara uğur-lar diləyib. Orta məktəb illərində yiyələndikləri bilikləri ali məktəb auditoriyalarında daha da artırmağı arzulayıb.
    Q-2Rasim müəllim görüşdə şagirdlərə deyib ki, gözəl zamanda, əvəzolunmaz şəraitdə, müstəqillik dövründə yaşayırsınız. İndi oxumaq bizim vaxtlarımızdakından qat-qat asandır. O zamanlar qara çıraq işığında dərs yazıb-oxuyardıq.
    Professor görüş iştirakçılarına Axundovlar ailəsi barədə də məlumat verib. Bildirib ki, rəhmətlik atam Fərrux Axundov bu məktəbdə rus dili müəllimi, həm də Azadqaraqoyunlu və ona yaxın olan kəndlərdə həkim işləyib. Ailədə 10 uşaq olmuşuq, 6 qardaş, 4 bacı. 10 uşağın hamısı institutlarda oxuyub, müxtəlif peşələr üzrə ali təhsil alıb. Qardaşlarımın hamısının elmi dərəcəsi olub. Bunları sizə xatırlatmaqda məqsədim ondan ibarətdir ki, bu məktəbin yaddaqalan yaxşı ənənələri çoxdur. Çalışın ki, bu ənənələri siz də davam etdirəsiniz.
    Həmin gün məktəbin direktoru Elmira Hüseynova, kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, onbirincilərin sinif rəhbəri Maral Əliyeva, şagirdlərdən Ülviyyə Xəlilova, Anar Əliyev, Sahib Həsənov və başqaları çıxışlarında Rasim müəllimin 50 ildən də çox bir müddətdən sonra vaxtaşırı öz doğma məktəbinin kollektivi ilə görüşündən, uşaqlara dəyərli məsləhətlər verməsindən məmnun qaldıqlarını bildiriblər.

    Əvəz Abdullaoğlu

    Müəllif: Redaktor, 13:39

    Teqlər:

İsmarıclar bağlıdır.