Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    DSC_5917Mənfur ermənilərlə 48 kilometr təmas xəttində yerləşən Tərtərimiz günü-gündən qurulur, dəyişir, öz gözəl görkəmi ilə göz oxşayır. Buna yaşadığımız çoxmənzilli yaşayış binalarının təmirini və dam örtüyünün dəyişdirilməsini misal göstərmək olar.
    Binaların bir çoxunun dam örtükləri köhnəlib, sıradan çıxmışdı. Yağan yağışlar evin içinə tökülürdü. Ölkə Prezidentinin göstərişinə əsasən rayon mərkəzindəki 50-yə yaxın çoxmənzilli yaşayış binalarının dam örtükləri tamam dəyişdirilməyə başlanmışdır. Damlar müasir mansard üslubunda vurulur, binaların fasad hissələri rənglənir. Bu işlər rayondakı Mehdi Hüseynzadə, Nəriman Nərimanov, Ədalət Paşayev, Elman Hüseynov, Nizami və Vüqar Həsənov küçələrindəki binalarda görülür. Bizim Mehdi Hüseyn küçəsində yaşadığımız bina da təmir olunur.
    Əvvəllər payız gələndə yağışlardan ciddi narahatçılıq keçirərdik. Amma indi bütün bu narahatçılıqlarımız arxada qalıb.
    Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk.

    Zərnişan TANRIVERDİYEVA,
    şəhər sakini

    Müəllif: Redaktor, 12:42

    Teqlər:

İsmarıclar bağlıdır.