Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    14769690774918739772_1000x6692017-ci ilin ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 52 milyon 117,5 min manat təşkil etmişdir. Onun 37,7 faizi və ya 19 milyon 660,3 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşır.
    Kənd təsərrüfatında heyvandarlıq bitkiçiliyə nisbətən daha stabil olması ilə xarakterizə olunur. Son illər bu sahə daha dinamik və intensiv inkişaf edir. 2017-ci ilin 9 ayı ərzində rayonda diri çəkidə 2170,2 ton ət, 17612,4 ton süd, 7 milyon 850 min ədəd yumurta istehsal edilmiş və 131,2 ton qoyun yunu qırxılmışdır. 2016-cı ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 36,7 ton və ya 1,7 faiz, süd istehsalı 2311,4 ton və ya 15,1 faiz, yumurta istehsalı 180 min ədəd və ya 2,3 faiz, yun istehsal 6,6 ton və ya 5,3 faiz artmışdır.
    Oktyabrın 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 1,8 faiz artaraq 27139 baş, qoyun və keçilərin sayı isə 3,5 faiz azalaraq 70558 baş olmuşdur. İribuynuzlu mal-qaranın 44 faizini inək və camışlar təşkil edir.
    Mal-qaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iribuynyzlu mal-qarada 99,1 faiz, qoyun və keçilərdə 96,1 faiz təşkil edir.
    2017-cı ildə rayonda 4601,6 kiloqram barama tədarük edilmişdir. 2016-cı ilə nisbətən barama tədarükü 4,8 dəfə artmışdır.

    TƏRTƏR RAYON,
    STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 12:56

    Teqlər:

İsmarıclar bağlıdır.