Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    DSC_8755 (Копировать)DSC_8788 (Копировать)Tərtər Rayon İcra Hakimiyyəti hörmətli ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin anadan olmasının 84 illiyi münasibətilə redaksiyada tədbir keçirib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürsəlov, Qaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi Nazim Xəlilov və “Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi iştirak ediblər.
    Nubar müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, yazdığı şeirlər və publisist yazılar oxucular tərəfindən maraqla qarşılanır.
    Nubar müəllim ömrünün bir hissəsini yaşadığı Qaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun muzeyinin yaradılmasına həsr edib, həmçinin burada xeyli miqdarda qədim əşyaların toplanmasına nail olub. Bu yaxınlarda isə həmin muzeyin eksponatlarını könüllü olaraq rayonumuzda yeni tikilən tarix-diyarşünaslıq muzeyinə hədiyyə edib.
    İcra başçısı rayonumuzun ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 84 illiyi münasibətilə Nubar Mədətliyə Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və pul mükafatını təqdim etdi.
    Böyük qayğı və diqqətə görə öz təşəkkürünü bildirən qocaman müəllim, el ağbirçəyi Nubar Mədətli bildirdi ki, son illər ölkə başçısı İlham Əliyevin tapşırıqları əsasında Tərtər rayonunda görülən işləri əhali, o cümlədən rayonun yaşlı sakinləri böyük rəğbətlə qarşılayırlar. İndi Tərtərin təkcə rayon mərkəzi deyil, kəndləri də günbəgün gözəlləşir. Əhalinin istirahəti üçün lazımi şərait yaradılıb. Evlərə mavi yanacaq çəkilib, elektrik enerjisinin verilməsi yaxşılaşıb, yeni subartezian quyuları qazılıb.
    Vaxtilə çox əziyyət çəkmiş yaşlı nəslin nümayəndələri bugünkü güzəranlarına görə ölkə başçısından və rayon rəhbərindən razılıq edirlər.
    Sonra “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Nubar Mədətlinin keçdiyi həyat yolundan, onun yerli qəzetlə olan sıx əlaqəsindən danışıb. O göstərib ki, qocaman mətbuat fədaisi bu gün də qələmini yerə qoymayıb və onun redaksiyaya göndərdiyi hər bir məqalə orijinallığı və mövzu aktuallığı ilə seçilir. Tofiq Yusif Nubar Mədətliyə “Yeni Tərtər” qəzetinin diplomunu təqdim edərək, ad günü münasibətilə onu kollektiv adından təbrik edib.
    Tədbirdə iştirak edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürsəlov Nubar Mədətlini canlı ensiklopediya adlandırıb. Bildirib ki, onun zəngin həyat təcrübəsi və biliyi gənclər üçün bir məktəbdir. Gündüz müəllim rəhbərlik etdiyi kollektiv adından Nubar müəllimə qiymətli hədiyyə bağışlayıb.
    Bu unudulmaz ad günündə Nubar müəllimin ən böyük hədiyyəsi isə ətrafındakıların sevgi və ehtiramı oldu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:08

    Teqlər:

İsmarıclar bağlıdır.