Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    DSC_8364 (Копировать)9e14d094e3d0fc79b54f976bbb0d1500Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər Rayon Təşkilatı birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.
    Yubiley tədbiri Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin iclas zalında davam etdirildi, YAP rayon təşkilatının sədri Ramiz Şabanov yubiley tədbirini açdı. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə partiya fəalları, ərazi ilk partiya təşkilat sədrləri, idarə, müəssisə rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
    Azərbaycanın dövlət himni səsləndikdən sonra YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə təbriklərini çatdırdı və geniş məruzə ilə çıxış etdi.
    VipTalisman160Qeyd olundu ki, YAP-ın yaranması, formalaşması və inkişafı xalqımızın xilaskarı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Partiyamız öz fəaliyyəti ilə qısa vaxtda Azərbaycan xalqının böyük rəğbətini qazanaraq əsl xalq partiyasına çevrilmişdir. Öz sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası hazırda özünün çox şərəfli günlərini yaşayır. Ümummilli Liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, YAP iqtidar partiyası olaraq nəinki respublikamızda, həm də regionda aparıcı partiyalardan birinə çevrilmişdir. Bu ondan irəli gəlir ki, partiyamızın sıralarına Heydər Əliyev ideyalarına, partiyanın Proqram və Nizamnaməsinə sadiq olan, onun siyasi kursunu dəstəkləyən insanlar toplaşır. Bunun özü ən böyük müvəffəqiyyətdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bir neçə ay sonra bu təşkilatın banisi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
    25 ildir ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı və tərəqqisi istiqamətində çox mühüm addımlar atır. Bu da partiyamızın həyata keçirdiyi siyasətin əsasında dövlətin, xalqın ümummilli maraqlarının, mənafeyinin dayanmadan qorunmasından irəli gəlir.
    Çox sevindiricidir ki, indi müstəqil Azərbaycanımızda Ümummilli Liderimizin düşünülmüş və məqsədyönlü siyasəti möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görədir ki, bu gün Azərbaycan regionda və dünyada iqtisadi inkişaf baxımından liderliyi ələ almışdır. Artıq Vətənimiz sabitlik diyarı, demokratik, sivil dəyərlərə sadiq dövlət imici qazanmışdır. Partiyamız isə, Ulu Öndərimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayır və fəaliyyət göstərir.
    Sonra məruzəçi göstərdi ki, rayonumuzun sakinləri müharibənin odlu-alovlu günlərində–25 iyul 1993-cü ildə Tərtər rayon təşkilatının təsis konfransını keçirdi. O dövrdə rayonumuzun sakinləri YAP sıralarına böyük həvəslə, heç bir təzyiq və təqiblərdən çəkinmədən daxil oldular.
    YAP Tərtər Rayon Təşkilatı da partiyamızın müəyyənləşdirdiyi strateji xəttin ardıcıllıqla həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bunun bariz nümunəsi olaraq uzun illərdir ki, cəbhə boyu ərazidə yerləşən Tərtər rayonunda sosial-iqtisadi proqramların həyata keçirilməsi, rayonun bütün ərazisində abadlıq, quruculuq işlərinin aparılması, infrastrukturun yenidən, müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, rayonda fəaliyyət göstərən sənaye, emal müəssisələri və kənd təsərrüfatının inkişafı və bu inkişafda əhalinin iştirakının kütləviliyinin artırılması üçün rayon təşkilatının sıralarında olan üzvlərinin səfərbər olunmasıdır.
    Hazırda partiyanın rayon təşkilatının 83 ərazi ilk partiya təşkilatı 6074 nəfər YAP üzvünü özündə birləşdirir. Onlardan 3242 nəfəri qadın, 2832 nəfəri kişi, 1442 nəfəri isə gənclərdir. Təşkilatımızda partiyanın boy sırasının artırılması daim diqqət mərkəzindədir. Bu ilin ötən aylarında 221 nəfər müxtəlif təbəqənin və sosial qurumun nümayəndəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşdur. Ərazi ilk partiya təşkilatlarında partiyaya qəbul zamanı gənclərin boy sırasının artırılmasına xüsusi diqqət yetirilir.
    Göründüyü kimi, Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. Biz, Yeni Azərbaycan Partiyasının üzvləri heç vaxt unutmamalıyıq ki, Ulu Öndərimiz, partiyamızın banisi bizlərə Müstəqil Azərbaycan Respublikasını və Yeni Azərbaycan Partiyasını əmanət qoyub getmişdir. Biz onların hər ikisini göz bəbəyi kimi qorumalı, Ümummilli Liderin ideyaları ətrafında sıx birləşməklə möhtərəm Prezidentimizə, YAP-ın sədrinə arxa olmalıyıq. Prezident İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyasının bayrağını həmişə uca tutmalıyıq.
    Məruzə ətrafında YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, rayon təşkilatının şura üzvü, statistika idarəsinin müdiri Ədalət Məmmədov, şura üzvü, 2 sayılı məktəb-lisseyin direktoru Gülarə Əkbərova, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov çıxış etdilər.
    Yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda geniş infrastruktur layihələrin həyata keçirilməsindən və görülmüş möhtəşəm işlərdən danışdı.
    Sonra YAP üzvlərinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul olundu.
    Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr, şahmat yarışlarında uğur qazanmış məktəblilərə qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə vəsiqələr təqdim olundu.
    Sonda xatirə şəkli çəkdirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:16

    Teqlər:

İsmarıclar bağlıdır.