Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    İSLAMDA QADINA MÜNASİBƏT

    azerbaycan_garabag_2_457Bəzi tarixi mənbələrdə göstərilir ki, İslamdan əvvəl qadınlara ikinci sinif varlıq kimi baxıldığı, hətta onların alınıb satıldığı dövrlər olub. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (s) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışlar.
    Peyğəmbərimiz (s) qadınları Allahın əmanəti kimi dəyərləndirərək onları baş tacı etməyi məsləhət bilib. Rəsulullah (s) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət edib və bu mövzuda buyurub: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!” Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirliniz əhlinə
    (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”.
    Bu günümüzə gəlib çıxmış hədislərdən birində isə deyilir: “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. (İmam Qəzəli).
    İslamda qız uşaqlarına böyük dəyər verilir, onların tərbiyəsi, sağlamlığı ilə yaxından məşğul olmağın vacibliyi göstərilir:” Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq icində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə düşməyə bir fürsət olar”. (Təbərani). Yaxud başqa bir hədisdə deyildiyi kimi: “Üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar” (Əbu Davud).
    Qadınlarla bağlı İslamın çox vacib və bu gün xüsusilə aktual olan tövsiyələrindən biri də belədir: “Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər.”
    Buna görə də kişilər qadının bəyənmədikləri hansısa bir xasiyyətindən yapışıb, onu nəzərdən salmaq əvəzinə, digər xoşa gələn cəhətlərini görməli, onda eyib yox, gözəllik axtarmalıdırlar.
    Təəssüf ki, hələ də dünyanın bir çox ölkələrində qadınlara qarşı yanlış münasibət dəyişməyib. Qadınlar alçaldılır, zo-rakılığa, təzyiqlərə məruz qalır, onlarla pis rəftar olunur. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması təkcə İslam ölkələrinə deyil, bütün dünyaya bir çağırış olaraq, Yer üzərində sülhü, barışığı, hümanizmi bərqərar etmək üçün birləşməyi təklif edir. Sülh anaların ən böyük arzusudur. Qadınların İslam dininin tələblərinə uyğun olaraq rahat yaşaması üçün, ilk növbədə müharibələr dayandırılmalı, körpə balalar insanların özləri tərəfindən ağılsızcasına yaradılan fəlakətlərin qurbanlarına çevrilməməlidir.
    İslam dininin şərtləri cəmiyyətdə qadını üstün etməyi vacib bilir. Onlar ən azı kişilər qədər, hətta kişilərdən daha çox hüquqlara sahib olmalıdırlar. Çünki qadınlar mərhəmət, şəfqət, təmizlik cəhətdən kişilərdən üstündürlər. Onlar dünyanın bəzəyi olan varlıqlardır.
    Ulu Öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci bir dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək qiymətləndirib. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınların kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
    Bu gün Azərbaycan qadınları, anaları cəmiyətimizin tərəqqisi naminə yorulmadan çalışırlar. Onlar kişilərlə çiyin-çiyinə işləyir, qurub-yaradır, müharibənin vurduğu yaralara dəyanətlə dözürlər.
    Çünki Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan–qurmaq, idarə etmək, özünü sübuta yetirmək, təsdiq etmək kimi şərait yaranmışdır.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınları üçün gözəl nümunədir. O, bütün dünyada həm rəsmi şəxs, həm Azərbaycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi tanınıb, nüfuz qazanıb.
    Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gender probleminə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
    İslamda qadınlarımıza verilən yüksək qiymət, bu gün ölkəmizdə onların gözəl nümunələr göstərməsi zərif cinsin hər bir nümayəndəsini bir daha dərindən düşündürməlidir. Analıq vəzifəsi necə dəyərlidirsə, həyatın hər sahəsində də qadın elə dəyərli olmalıdır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:06

    Teqlər:

İsmarıclar bağlıdır.