Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    product_1494600084Təsərrüfatımızda öz işini bilən, əkin-biçindən yaxşı baş çıxaran əmək adamları çoxdur. Elə buna görə də fermerlərimiz bu il becərdikləri 245 hektar taxıl sahələrinin hər hektarından 38 sentner, 255 hektar arpa sahələrinin isə hər hektarından 37 sentner məhsul götürdülər. Bu işdə fermerlərimizdən Fazil Vəliyev, Habil İbrahimov, Rüstəm Quliyev, Sadiq Məmmədov və başqaları xüsusi fəallıq göstərmişlər.
    İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir. Bu günlər sahələrdə torpaq şumlayan, dırmıqlayan, səpin aparan müxtəlif markalı traktorların aramsız səsi gecə-gündüz kəsilmir. İndiyədək 330 hektar sahəyə arpa, 195 hektara isə məhsuldar buğda toxumu səpilib.
    Yuxarıda adları çəkilən fermerlər yenə də növbəti ilin məhsulu üçün tarlalarda arpa-taxıl səpinini davam etdirirlər.
    Mexanizatorlar Şahin Vəliyev, Elşad Nəsibov, İslam Məmmədov, Talıb Musayev və başqaları sahələrdə payız şumu qaldırdıqdan sonra gələn ilin bol məhsulunun bünövrəsini qoyur, səpin aparırlar.
    Torpaqdan yaxşı baş çıxaran fermerlər səpilən sahələrin dərhal suvarılmasını diqqət mərkəzində saxlayırlar. Onların məqsədi bu il olduğu kimi növbəti ildə də taxıl əkini sahələrindən bol məhsul götürməkdir.
    Yaxın günlərdə təsərrüfatımızın fermerləri payızlıq taxıl səpinini başa çatdıracaqlar.

    Surxay HÜSEYNOV,
    Bəyimsarov kənd icra nümayəndəsi

    Müəllif: Redaktor, 12:32

    Teqlər:

İsmarıclar bağlıdır.