Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    PAMBIĞIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR

    DSC_5634 (Копировать)Pambıq qiymətli texniki bitki olmaqla lif verən bitkilər içərisində ən faydalısıdır.
    17 sentyabr 2016-cı ildə Sabirabad rayonunda möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr olunan müşavirədəki çıxışı, tapşırıq və tövsiyələri, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamı Tərtər rayonunun fermerlərində də bu sahəyə olan marağı artırmışdır.
    Qeyd edilən tədbirlərdən sonra Tərtər Rayon İcra Hakimiyyətində geniş iclas keçirilmiş, iclasda pambığın istehsalı və tədarükü ilə məşğul olan idarə-müəssisə rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və digər aidiyyəti şəxslər istirak etmişlər. Aqro-texniki tədbirlərin vaxtında və düzgün aparılmasına mütəxəssislər tərəfindən tövsiyələrin verilməsi məqsədilə rayon qərargahı yaradılmışdır. Qərargah üzvlərindən kəndlərə təhkimçilər təyin edilmişlər.
    Rayonumuzda 2017-ci ilin pambıq məhsulu üçün 3123 hektar sahədə çiyid səpini aparılmışdır. Toxumlar əsasən FLASH, BA-440, Gəncə-78, Gəncə-110 sortlarından istifadə edilməklə cərgələrarası 91 sm olan səpin aqreqatları ilə səpilmişdir. Bugünədək hər hektardan 25,7 sentner məhsul götürülmüş tədarük məntəqələrinə 8028,6 ton məhsul təhvil verilmişdir. Bu işdə Köçərli, Qazyan, Qapanlı, İsmayılbəyli kəndlərinin fermerləri yüksək nəticə göstərmişlər.
    Bu təsərrüfatların fermerlərinin hər hektardan aldığı məhsul rayonun orta məhsuldarlığından yuxarıdır.
    Rayonda pambıqdan yüksək məhsul götürməyin daha bir səbəbi növbəli əkin sisteminə xüsusi fikir verilməsidir. Belə ki, bu il pambıq əkilmiş sahələrin 1342 hektarı (43%-i) taxıl, 687 hektarı (22%-i) yonca, 375 hektarı (12%-i) pambıq, 250 hektarı (8%-i) çuğundur, 187 hektarı (6%-i) günəbaxan, 282 hektarı (9%-i) isə başqa bitkilər yerinə əkilmişdir.
    Ən nəhayət, məhsulun maşınla yığılması fermerlərə iqtisadi cəhətdən sərfəli olduğu üçün pambıq yığımı əl ilə deyil, əsasən maşınlarla aparılır. Belə ki, bugünədək tədarük edilmiş pambığın 83,7%-i maşınla, 16,3%-i isə əl ilə yığılmışdır. Rayonda məhsul yığımı davam edir.
    Qeyd edilənlərlə yanaşı, ra-yonda növbəti ilin pambıq məhsulunun əkini üçün fermerlərlə tədarük məntəqələri arasında müqavilələr bağlanılması istiqamətində işlər aparılır.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin 28 noyabr 2017-ci il tarixdə rayonumuzda olarkən ziyalılarla görüşündə Tərtər pambıqçılarının əməyini yüksək qiymətləndirməsi, bunu digər rayonlara nümunə göstərməsi rayonumuzun “ağ qızıl” ustalarını daha yüksək nailiyyətlər qazanmağa ruhlandırmışdır.

    Natiq MUSAYEV,
    RİHB aparatında baş məsləhətçi, aqronom

    Müəllif: Redaktor, 12:44

    Teqlər:

İsmarıclar bağlıdır.