Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Изображение 104Bu yaxınlarda rayonumuzda daha bir qlobal layihənin icrasına başlanıb.
    Bu, Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsidir.
    Daha ətraflı məlumat almaq məqsədi ilə rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki, nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Layihənin icrasına iyun ayında başlanıb.
    İlk vaxtlar şəhərimizin Mehdi Hüseynzadə, Nəriman Nərimanov və Süleyman Məmmədov küçələrində qazma işlərinə başlanıb.
    Hal-hazırda qazıntı və quraşdırma işlərində 46 maşın-mexanizm, 50 nəfər fəhlə və 15 nəfər mühəndis-texniki işçi çalışır. İşlər surərlə gedir. Qısa zaman ərzində 3 kilometrdən çox qazıntı işləri aparılıb.
    Nəzərdə tutulan bu mühüm layihə 2016-cı ilin sonunadək başa çatdırılacaqdır.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 08:44

    Teqlər:

İsmarıclar bağlıdır.