Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    DSC_9729 (Копировать)herbi hisseAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
    Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
    Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.
    “Açıq qapı” günündə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissələrin şəxsi heyətini və əsgər valideynlərini 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib.
    Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan Ordusu ilə fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    Hərbi hissələrdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:48

    Teqlər:

İsmarıclar bağlıdır.