Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    QIŞLAMA ÜÇÜN NORMAL ŞƏRAİT YARADILIB

    gjjjj23544Bu yazı çapa hazırlanan dövrdə rayonumuzun təsərrüfatlarında 27 min 139 baş iri mal saxlanılır. Onların 11 min 929 başı ana inəklərdir. Bundan başqa təsərrüfatlarda 70 min 558 baş qoyun, keçi bəslənilir.
    Bu sahədə çalışan qabaqcıl fermerlərdən biri Eldəniz Əliyevin başçılıq etdiyi “Tufan” MMC-də 67 baş iribuynuzlu mal-qara, 1591 baş qoyun-keçi bəslənir. Fermer Murad Paşayevin təsərrüfatında isə 418 baş qoyun bəslənilir. Belə iri heyvandarlıq kompleksindən biri də Bəyimsarov kəndində fermer Habil İsmayılovun rəhbərlik etdiyi təsərrüfatdır. Kompleksdə 300 baş Hol-landiya cinsli mal-qara var.
    Burada bəslənən malların 150 başı sağılandır. Malların çoxaldılması həm süni mayalanma, həm də təbii üsulla həyata keçirilir. Hər gün təsərrüfatdan Bərdə Süd Emalı Zavoduna 2,5-3 ton süd göndərilir. Burada soyuducu anbar da var.
    Adları yuxarıda qeyd olunan fermerlərin mal-qara bəsləmək üçün müasir tipli kompleksləri var.
    Bu təsərrüfatlarda mallar ilin bütün fəsillərində tövlə şəraitində saxlanılır. Hər bir fermerin mal-qaranın normal bəslənməsi üçün qaba, qüvvəli və şirəli yem ehtiyatı da yetərincədir. Ümumiyyətlə, rayon üzrə mal-qaranı və xırda buynuzlu heyvanları qışda bol yem ehtiyatı ilə təmin etmək üçün 635 hektar təzə yonca sahəsindən 7361 ton, 7510 hektar köhnə yonca sahəsindən isə 87 min 533,7 ton quru ot tədarük olunmuşdur. 22 hektar yem üçün sorqo sahəsinin 17 hektarından 134,3 ton quru ot yığılıb, 5 hektarından isə yaşıl kütlə kimi istifadə olunub. Bundan əlavə, 126 hektar xəsil üçün arpa sahələrindən də yaşıl yem kimi istifadə olunub.
    Təkrar əkinlərdən 349 hektar yem üçün qarğıdalı, 311 hektar yem üçün sorqonun quru otu tədarük olunub.
    Bütün bunlar onu göstərir ki, rayonda qışlamanın normal keçirilməsinə lazımi şərait yaradılıb.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 10:22

    Teqlər:

İsmarıclar bağlıdır.