Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    DSC_5669Ötən il bizim mərkəzə 1406 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, bunlardan da 390 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşlar.
    İşlə təmin olunan 20 nəfərini sosial müdafiəyə daha çox ehtiyacı olan, yəni KVOTA yerləri təyin olunmuş vətəndaşlar, 92 nəfərini 29 yaşadək gənclər, 19 nəfərini qaçqın və məcburi köçkünlər, 67 nəfərini qadınlar təşkil edir.
    2017-ci il ərizində mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 65 nəfərə işsizlik statusu və 72 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Rayon ərazisində yerləşən 99 müəssisədən toplanılmış statistik hesabatlarda olan vakant yerlər hər ayın sonunda DMX-nin internet sayıtında yerləşdirilir.
    Ötən il mərkəzə 42 ərizə və teleqram daxil olmuşdur. Daxil olan ərizələrə vaxtında baxılmış, icrası qanuna müvafiq surətdə yerinə yetirilmişdir.
    8 sentyabr 2017-ci ildə işaxtaran vətəndaşlara kömək məqsədi ilə tərəfimizdən növbəti “Əmək Yarmarkası” keçirilmişdir. Həmin yarmarkaya 23 idarə, müəssisə və təşkilatdan 168 boş iş yeri çıxarılmışdır. Beləliklə də 50 nəfər öz peşə və ixtisasına uyğun işlə təmin olunmuşdur.
    1 yanvar 2018-ci il tarixə mərkəzdə işaxtaran vətəndaşların sayı 1235 nəfərdir. Bunların 223 nəfərini qadınlar təşkil edir. Hazırda mərkəzdə işsiz statusu olan vətəndaşlardan qeydiyyatda olanların sayı 291 nəfərdir. Bunların da 99 nəfərini qadınlar, 218 nəfərini gənclər təşkil edir.
    Bizim mərkəz bundan sonra da ərazi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv sosial müdafiə tədbirlərinin əmək bazarının tələblərinə uyğun olaraq maksimum dərəcədə yerinə yetirilməsi, eləcə də mərkəzə müraciət edən işaxtaran vətəndaşlara öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmasına, onların məşğulluğunun təmin edilməsi üçün lazımi köməkliyini göstərəcəkdir.

    Azər AĞAYEV,
    Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.