Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    loqa-aq_c7915e55ece50ba027075ab74ab3b21aRayonumuzun ərazisində 12 sahə baytarlıq məntəqəsi fəaliyyət göstərir. Ötən ilin 12 ayı ərzində 10538 baş iribuynuzlu heyvanlardan və 1770 baş qoçlardan qan nümunəsi alınaraq baytarlıq laboratoriyasında yoxlanılmışdır.
    Bundan başqa, qarayara xəstəliyinə qarşı 26699 baş iribuynuzlu heyvanda, 73768 baş xırdabuynuzlularda və 933 baş atda profilaktika məqsədilə lazımi tədbirlər görülmüşdür. Dabaq xəstəliyinə qarşı 35956 baş iribuynuzlu heyvanda və 36529 baş xırdabuynuzluda peyvənd işi həyata keçirilmişdir. Vərəm xəstəliyinə qarşı 5961 baş iribuynuzlu heyvanda yoxlama tədbiri həyata keçirilmişdir. Bu yönümdə həyətlərdəki sahibli itlərdə quduzluq xəstəliyinə qarşı lazımi yoxlama tədbirləri görülmüşdür.
    3364 baş iribuynuzlu və 3996 baş xırdabuynuzlu heyvanlarda sarılığa qarşı lazımi tədbirlər aparılmışdır. Brüselyoz və çiçək xəstəliklərinin qarşısını almaq üçün peyvəndlər edilmişdir.
    Quşlar arasında nyukasl “H” xəstəliyinə qarşı 273711 baş quşda profilaktiki məqsədlə tədbirlər həyata keçirilmişdir.
    Ötən il aqrolizinq yolu ilə rayonun sakinlərinə 265 baş cins mal verilmişdir. Suni ma-yalanma yolu ilə 1045 baş inək, düyələr mayalandırılmış, 392 baş buzov doğulmuşdur. Bütün bunlarla yanaşı rayon ərazisində ət kəsimlərinə də ciddi nəzarət edilmişdir.
    Görülən işlərin nəticəsidir ki, mal-qara və davarlar arasında kütləvi ölüm halları və eləcə də heyvanlardan insanlara keçə biləcək heç bir infeksion xəstəlik qeydə alınmamışdır.
    Qarşıya məqsəd qoymuşuq ki, cari ildə də işlərimizi elə quraq ki, mal-qara və davarlar arasında xoşagəlməz hallar baş verməsin.

    Murad CƏFƏROV,
    Tərtər rayon Baytarlıq İdarəsinin rəisi

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.