Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    1509788381_zerdab-pambiqRayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
    2017-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 2721.8 hektar və yaxud 21,7 faiz azalmışdır. Bu azalma texniki bitkilərin əkin sahələrinin artımı ilə əlaqədardır. Yalnız qarğıdalı əkini 131 hektar və yaxud 85,6 faiz artmışdır. Nəticədə 2017-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 36 min 274,7 ton taxıl məhsulu toplanmışdır.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2017-ci ildə 498 hektar kartof sahəsindən 5458,6 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 0,4 sentner artaraq 109,6 sentnerə çatmışdır.
    Cari ildə rayonun təsərrüfatlarında 16 min 66,8 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 2,1 sentner artaraq 130 sentner olmuşdur. Bundan başqa 7 hektar bostan bitkiləri sahəsindən 119,5 ton bostan məhsulları istehsal edilmişdir.
    2017-ci ildə 31,1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1257,8 hektar, o cümlədən bar verən yaşda 1078,7 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 9193,4 ton meyvə və giləmeyvə toplanmışdır. 2017-ci ildə rayonda 10,3 hektar sahədə xurma, 5,4 hektar sahədə fındıq, 3,4 hektar sahədə qoz bağları salınmışdır.
    Hesabat ilində rayonda 11,1 hektar bar verən yaşda üzümlük mövcud olmuşdur ki, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 902 ton üzüm yığılmışdır.
    2017-ci ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini vermişdir. Hesabat ilində 3123 hektar sahədə pambıq əkilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə artmışdır. İl ərzində 8419,9 ton pambıq tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3,6 dəfə çoxdur. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatmışdır. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə birinci yerdə olmuşdur.
    2016-cı ildə rayonda 1541 hektar sahədən 65 min 727,5 ton şəkər çuğunduru istehsal edilmişdir. Şəkər çuğunduru is-tehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artmışdır.
    Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 8293,5 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 148 hektarı birillik otlar, 8145,5 hektarı çoxillik otlar olmuşdur. Cari ildə 95 min 340,3 ton quru ot və 388,5 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektarından orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0,7 sentner artaraq 116,4 sentner olmuşdur.
    Bundan başqa 2017-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 641 min 290 ədəd meyvə və 344 min ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
    2017-ci ildə rayonda 330,1 hektar sahədə təkrar əkin aparılmışdır. Həmin təkrar əkin sahələrindən 160,8 ton dənli və dənli paxlalılar, 10,6 ton texniki bitkilər, 1941,8 ton müxtəlif növ tərəvəz, 349 ton yem üçün yaşıl kütlə, 311 ton quru ot istehsal edilmişdir.

    TƏRTƏR RAYON STATİSTİKA
    İDARƏSİ

    Müəllif: Redaktor, 12:05

    Teqlər:

İsmarıclar bağlıdır.