Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    TƏLATÜMLÜ ZAMANIN QANLI BİR GECƏSİ

    DSC_8181 (Копировать)DSC_8190Tərtər rayon Tarix-diyarşünaslıq muzeyində Ümum-xalq Hüzn Günü–20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirə şəhər 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri və Yeni Tərtər” qəzetinin əməkdaşları dəvət olunmuşdular.
    Toplantını giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra söz muzeyin elmi işçisi Xuraman Məmmədovaya verildi. O, mövzu ilə bağlı məruzə ilə çıxış etdi. Göstərdi ki, 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyi-nə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlayıb həyata keçirdilər.
    Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin şagirdlərinin ifasında 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:35

    Teqlər:

İsmarıclar bağlıdır.