Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    ŞƏHƏRİN İQTİSADİYYATI MÖHKƏMLƏNİB

    DSC_8790 (Копировать)DSC_8752 (Копировать)Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Tədbirdə şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
    Həyata keçirilən məqsəd-yönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin ya-şayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
    Sevindirci haldır ki, ölkə Prezidenti İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Hə-sənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.
    İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür.
    Hesabat yığıncağında çıxışlar oldu. Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəisi Elnur Abbasov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, Tərtər Regional Qaz İstismarı İdarəsi rəisinin Tərtər xidmət sahəsi üzrə müavini Müxlis Əmirov, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə çıxış etdilər. Onlar öz çıxışlarında ötən il ərzində şəhərin sosial-iqtisadi inkişafını təmin etmək və Tərtəri daha da abad, gözəl, füsünkar bir məkana çevirmək üçün görülən tədbirlərdən, ölkə Prezidenti İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğıdan danışdılar, hazırda mövcud olan problemlərə və nöqsanlara münasibət bildirdilər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2017-ci ildə Tərtər şəhərində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:02

    Teqlər:

İsmarıclar bağlıdır.