Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Fev

    KƏND YOLLARI SALINIR. BİR YOLUN AÇILIŞINI BU GÜN QEYD ETDİK. ARTIQ BİR NEÇƏ KƏND YOLU LAYİHƏSİ İCRA
    EDİLİBDİR. GƏLƏN İL DƏ BİR NEÇƏ KƏNDİ BİRLƏŞDİRƏN YOLLARIN SALINMASI NƏZƏRDƏ TUTULUB.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    DSC_9844 (Копировать)DSC_8165İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır.
    Изображение 081Qəzetin əməkdaşlarının əməyi rayon icra hakimiyyəti tərəfindən vaxtaşırı qiymətləndirilmiş, onlara hədiyyələr və pul mükafatları verilmişdir.
    Ötən il də Rayon İcra Hakimiyyətinin saytının yeniləşməsi və rayonda keçirilən tədbirlər barədə məlumatların saytda yerləşdirilməsi təmin edilmişdir. Rayonda ictimai-siyasi vəziyyətə təsir edən amillər daim diqqət mərkəzində saxlanılmışdır.
    Hesabat ilində hərbi mükəlləfiyyətlilərin ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı yerlərdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Ölkə Prezidentinin müvafiq Fərmanları ilə il ərzində 4 çağırış həyata keçirilmiş, 334 nəfər həqiqi hərbi xidmətə göndərilmiş, 322 nəfər ordu sıralarından tərxis edilmişdir.
    Ümumtəhsil məktəblərinin məzunlarından 6 nəfər Cəmşid Naxçıvanski adına Hərbi liseyə, 2 nəfər isə Sərhəd Qoşunları Akademiyasına qəbul olmuşdur.
    Rayonda hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri uğurla həyata keçirilmişdir.
    2017-ci il ərzində şöbə üzrə 121 cinayət hadisəsi qeydə alınmış, həmin cinayət hadisələrindən 107 faktın açılması təmin edilmiş, cinayətlərin ümumi açılma əmsalı 90,7 faiz olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 47 fakt və ya 28 faiz azalmış, açılma əmsalı isə 7,6 faiz artıq olmuşdur.
    “Xaş-xaş-2017” şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərindən 0,65 ha sahədən 3920 ədəd, ümumi çəkisi 1 ton 300 kiloqram olan yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırma yolu ilə məhv edilmişdir.
    Hesabat dövrü ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkomaniya ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 25 cinayət faktı aşkar edilmiş, açılma əmsalı 91,7 faiz təşkil etmişdir.
    Rayonda son illərdə narkomaniya ilə bağlı faktların artması təkcə hüquq-mühafizə orqanlarını deyil, bizim hər birimizi ciddi narahat etməlidir. Bu istiqamətdə əhali arasında maarifləndirmə işləri hər vasitə ilə gücləndirilməlidir.
    Rayon icra hakimiyyəti hesabat dövründə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun icrası məqsədilə işləri davam etdirmişdir. Rayonda bir dini icma, bir məscid, bir ziyarətgah fəaliyyət göstərmişdir. Dini durum daim nəzarətdə saxlanılmış və bu sahədə işlərin daha da yaxşılaşdırılması üçün müxtəlif tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya və digər aidiyyəti təşkilatlar dindarlar arasında ictimai-siyasi duruma ciddi nəzarət etmiş, heç bir neqativ hal baş verməmişdir. Görülən məqsəd-yönlü işlərin nəticəsidir ki, rayonda siyasi durum sabit olmuşdur.
    Rayon icra hakimiyyəti hesabat ilində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 15 iclasında 18 məsələ müzakirə edilmiş və bu müzakirələr zamanı yetkinlik yaşına çatmayanlarla aparılan iş, onların asudə vaxtının təşkili, sağlamlığının möhkəmləndirilməsi sahəsində görülmüş işlər ətraflı təhlil edilmişdir. Müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş 5 uşaq saxlanılması və tərbiyə edilməsi, təhsil alması, hüquq və vəzifələrinin qorunması məqsədilə qəyyumluğa və himayəyə verilmişdir.
    2017-ci ildə rayon üzrə 648 doğum, 535 ölüm, 203 nikahın qeydə alınması və 122 nikahın ləğv edilməsi üzrə aktların dövlət qeydiyyatı həyata keçirilmişdir.
    Bələdiyyə orqanları ilə işin təşkili
    Rayon icra hakimiyyəti yerlərdə
    Bələdiyyələrin şəhər və kənd inzibati ərazi dairəsi nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsini özünün başlıca vəzifəsi hesab etmişdir.
    İl ərzində yerli bələdiyyə və icmaların maliyyə dəstəyi ilə rayonun yaşayış məntəqələrində 58,4 kilometr daxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, 96,1 kilometr suvarma arxlarında lildən təmizləmə işləri görülmüşdür. Xoruzlu, Sarıcalı, Borsunlu kəndlərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidələrdə təmir-bərpa işləri görülmüşdür. Kənd yollarının ətrafı abadlaşdırılmış, yolların kənarlarında 13850 ədəd yaşıllıq ağacları əkilmişdir.
    Bunlarla bərabər, təəssüflə qeyd etmək lazımdır ki, yerli məsələlərin həllində bələdiyyələrin böyük əksəriyyətinin fəaliyyəti qaneedici deyildir. Özünüidarəetmə orqanı kimi səlahiyyətləri daxilində məsələlərin həllində daxili imkanlardan hələ də lazımınca itifadə etmirlər. Bələdiyyələrin çoxunun qeyri-hökumət təşkilatları ilə əlaqəsi zəifdir. Acınacaqlı haldır ki, bələdiyyələrin böyük əksəriyyəti 2017-ci ilin gəlirlər proqnozuna əməl etməmişlər. Ötən illərdən yığılıb qalmış vergilərin toplanması üçün tədbirlər görməmişlər.
    Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili
    Rayon icra hakimiyyəti başçısı aparatı 2017-ci ildə vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, qaldırılan problemlərin həll olunmasını və
    vaxtında cavab verilməsini “Vətəndaşların müraciətlərinə baxılması Qaydası” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun baxılmasını təmin etmişdir.
    Aparata daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənilmiş, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilmiş, vətəndaşların müraciətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə cavablandırılmışdır.
    Rayon icra hakimiyyəti başçısı yanında Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraci-ətlərinə baxılması məsələləri 3 dəfə müzakirə olunmuş, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
    Hesabat ilində rayon icra hakimiyyəti başçısı aparatına 994 müraciət daxil olmuşdur. Bunlardan 483-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 36-sı Nazirlər Kabinetindən, 24-ü Milli Məclisdən, 137-si respublikanın digər təşkilatlarından, 314-ü isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur.
    Rayon icra hakimiyyəti başçısı aparatında 2619 nəfər vətəndaş qəbul olunmuş, 991 nəfər icra hakimiyyəti başçısı tərəfindən, 1628 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
    Rayon icra hakimiyyəti başçısının 2017-ci ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 43 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 5685 vətəndaş iştirak etmiş, 357 nəfər vətəndaş müraciətlə çıxış etmişdir. Vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılmış, irəli sürülmüş təkliflərə yerindəcə baxılmışdır. Səyyar qəbul- görüşlər barədə məlumatların RİAİS-ə ötürül- məsi təmin edilmişdir.
    Hesabat ilində daxil olmuş müraciətlərin 2016-cı illə müqayi-səli təhlili aparılmışdır. Müəyyən edilmişdir ki, 2017-ci ildə respublika vətəndaşlarından bilavasitə rayon icra hakimiyyətinə və respublikanın digər təşkilatlarından daxil olan müraciətlərin isə sayı azalmışdır. Belə ki, 2017-ci ildə respublika vətəndaşlarından biləvasitə rayon icra hakimiyyətinə ünvanlanan müraciətlər 39, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər isə 9 sayda azalmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Milli Məclisdən və Nazirlər Kabinetindən daxil olan müraciətlərin ümumi sayı isə artmışdır. Ümumilikdə 2016-cı illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 19 sayda artmışdır. Bunun da əsas səbəbi birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel hadisələri zamanı və zəlzələdən zərər çəkmiş evlərin bərpası, əhalinin əmlak və təsərrüfatına dəymiş ziyanın ödənilməsi, Qarabağ mü-haribəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, məcburi köçkünlərin 2017-ci ildə yeni tikilib istifadəyə verilmiş qəsəbədən ev tələbi, kənd təsərrüfatı, torpaq məsələləri, içməli və suvarma suyu üçün subartezian quyularının qa-zılması, sosial yardım və müavinətlər, işlə təmin olunma və s. olmuşdur.
    Müşahidələr göstərir ki, rayonda əhalinin sosial-iqtisadi problemləri həll edildikcə vətəndaşların müraciətləri də azalır. Lakin təəssüf doğuran haldır ki, bəzi idarə, müəssisə rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri tərəfindən vətəndaşların qəbuluna, ərizə və şikayətərinə baxılmasına lazımınca diqqət yetirilmədiyindən, nəticədə vətəndaşlar haqlı olaraq rayon icra hakimiyyətinə və yuxarı mərkəzi icra orqanlarına təkrar müraciətlər edirlər.
    Buna görə də vətəndaşların təklif, ərizə və şikayətlərinə vaxtında, obyektiv və konkret cavab verilməsi, qaldırılmış məsələlərin həllinə münasibəti idarə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri tamamilə dəyişməli, vətəndaş müraciətləri ilə iş bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
    İl ərzində rayon icra hakimiyyəti başçısı yanında 27 Şura iclası keçirilmiş, 28 məsələyə baxılmış, qərarların icrası diqqət mərkəzində saxlanılmışdır.

    Müəllif: Redaktor, 13:56

    Teqlər:

İsmarıclar bağlıdır.