Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Fev

    BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR. RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    DSC_1949 (Копировать)Изображение 150Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
    Hesabat dövründə mövcud istilik-qazanxana sistemlərində təmir-bərpa işləri aparılmışdır.
    Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri
    Hesabat ilində rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyə işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.
    DSC_1367 (Копировать)DSC_9072 (Копировать)Ötən dərs ilində buraxılış imtahanları zamanı Dövlət İmtahan Mərkəzinin yekun qiymətləndirməsinə əsasən IX siniflər üzrə 806 şagirddən 784 nəfər şəhadətnamə almışdır. Buraxılış imtahanlarında Əskipara, Sarıcalı, Yuxarı Sarıcalı, Seydimli, Xoruzlu və Borsunlu kənd tam orta, Balakəngərli və Poladlı kənd ümumi orta məktəblərinin IX, XI siniflərinin buraxılış imtahanlarının yekun qiymətləndirilməsində “Ana dili”, “Riyaziyyat” və “Xarici dil” fənlərindən “2” və “3” qiymət alanlar çoxluq təşkil etmişdir.
    2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 613 nəfər şagird bitirmişdir. Məzunlardan 602 DSC_8303 (Копировать)DSC_5372 (Копировать)nəfər buraxılış imtahanında iştirak edərək tam orta təhsil haqqında attestat almışdır.
    Məzunlardan 332 nəfəri (55 faiz) ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 216 nəfəri (65 faiz) ixtisaslar üzrə keçid balını toplamış, 19 nəfər 500-dən, 10 nəfər 600-dən yuxarı bal toplamışdır. Qəbul olunanların sayı əvvəlki illə müqayisədə 23 nəfər artmışdır. Məzunlardan 65 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur.
    Acınacaqlı haldır ki, Səhlabad, Əskipara, İsmayılbəyli, Borsunlu kənd tam orta məktəblərin məzunlarından ali məktəblərə qəbul olmamışdır. Borsunlu, Səhlabad və Əskipara kənd tam orta məktəblərindən son 2 ildə bir nəfərin də ali məktəbə qəbul olmaması bağışlanılmaz haldır.
    01(2)DSC_9764 (Копировать)Rayonda təhsilin zamanın tələbləri səviyyəsinə çatdırılması üçün mövcud nöqsan və problemlərin aradan qaldırılması sahəsində konkret tədbirlər görülməlidir. İşə rəhbərlik və nəzarət, pedaqoji kadrlara qarşı tələbkarlıq artırılmalı, müasir təlim metodlarının tətbiqinə geniş yer verilməli, açıq və nümunəvi dərslərin keçirilməsi, qabaqcıl iş təcrübəsinin yayılması, istedadlı şagirdlərin üzə çıxarılması təmin edilməli, məktəb-valideyn əlaqələri gücləndirilməlidir. Məktəblərdə şagirdlərin dərsə davamiyyəti daim nəzarətdə saxlanılmalı, İKT-nin müəllim və şagirdlər tərəfindən öyrənilib mənimsənilməsinə geniş meydan verilməlidir. Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev deyilənlərdən ciddi nəticə çıxarmalı, rayonda təhsilin səmərə və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə konkret tədbirlər görməlidir.
    DSC_5803 (Копировать)9e14d094e3d0fc79b54f976bbb0d1500Hesabat dövründə rayon İlk Peşə-İxtisas Təhsili məktəbində 3 ixtisas üzrə 3 qrupa 60 nəfər şagird qəbul olmuşdur.
    Məktəbi bitirmiş 57 nəfər məzun rayonda peşələrinə uyğun işə başlamışdır.
    Göstərilənlərlə yanaşı, buradakı mövcud vəziyyət qaneedici deyildir. Uzun illərdən bəridir ki, məktəb əsaslı təmir olunmur. 1980-cı ildən bəri məktəbə tədris materialları, maşın və mexanizm, kənd təsərrüfatı aqreqatları verilməmişdir. Bu da məktəbdə şagirdlərin lazimi bilik və bacarıq əldə etmələrinə mənfi təsir göstərir. Məktəbin direktoru Faiq Məmmədov deyilənlərdən ciddi nəticə çıxarmalıdır.
    DSC_8788 (Копировать)Keçən il Mərkəzi rayon xəstəxanasında 49 min 850 manatlıq inventar və avadanlıq alınaraq müəssisələrə paylanmış, 406 min 61 manat dəyərində dərman preparatları və sarğı materialları alınaraq sərf olunmuşdur. Güzəştli xidmət almaq hüququna malik olan xəstələrə 351 min 970 manatlıq pulsuz dərman preparatları verilmişdir.
    Göstərilən dövrdə rayonun doğuşa yardım tibb müəssisələrinə 402 nəfər hamilə qəbul olunmuş, 404 uşaq doğulmuşdur. 0-1 yaş qrupu üzrə cari ildə 2 ölüm hadisəsi baş vermişdir. Hər ikisinin ölüm səbəbi anadangəlmə qüsurla doğulma olmuşdur.
    Göstərilən dövrdə 540 nəfər ruhiəsəb kabinetində dispanser müşahidəsində dayananlardan 17 nəfəri, 972 vərəm xəstəsindən 41 nəfəri, 1894 nəfər şəkərli diabet xəstəsində 240 nəfəri və 452 onkoloji xəstədən 104 nəfəri ilkin olaraq aşkarlanmış və müalicəyə cəlb olunmuşdur.

    Müəllif: Redaktor, 14:44

    Teqlər:

İsmarıclar bağlıdır.