Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Fev

    TƏRTƏR ŞƏHƏRİ ABADLAŞIB, GÖZƏLLƏŞİB. BU GÜN TƏRTƏR MÜASİR, ABAD ŞƏHƏRDİR, RAYON İNKİŞAF EDİR, VƏTƏNDAŞLAR DAHA DA YAXŞI YAŞAYIRLAR.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    15118556974847614850_1000x669Изображение 215Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
    Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə rayonda 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün öz həyətlərində fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Hazırda bu kateqoriyadan olan vətəndaşlar üçün 5 yaşayış evinin tikintisi davam etdirilir.
    Изображение 1171511855533631318362_1000x669Möhtərəm Prezidentimizin Sərəncamına uyğun olaraq 2017-ci ildə 11 kəndin içməli su ilə təminatı layihəsinin icrasına başlanılmışdır. Hazırda son tamamlama işləri aparılır.
    Rayonda ekoloji tarazlığın qorunması üçün yaşıllaşdırma tədbirləri diqqət mərkəzində saxlanılmışdır. Rayon mərkəzində, kəndlərdə və yol kənarlarında, eləcə də meşə zolaqlarında 40 mindən çox müxtəlif ağac, 1 milyon 500 min həmişəyaşıl və 10 min gül kolu əkilmişdir.
    İl ərzində rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində görülən müvəffəq işlər, qazanılan nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. 2018-ci ildə digər sahələrlə yanaşı, tikinti, quruculuqla bağlı görəcəyimiz işlər çoxdur. Belə ki, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2017-ci il tarixli Sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmiri və abadlıq-quruculuq işləri görüləcəkdir. Tərtər çayı sahilində 5 hektar parkın tikintisi davam etdiriləcək. Heydər Əliyev prospektində Bayraq muzeyi, icra hakimiyyəti üçün yeni inzibati bina, Olimpiya İdman Kompleksi tikiləcəkdir. Rayon mərkəzində 200 nəfərin işləyəcəyi DSC_7016 (Копировать)Xalçaçılıq emalatxanasının, Elman Səfərov küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının, Tərtər Su-kanal idarəsinin inzibati binasının tikintisi, “Azəravtoyol” ASC-nin xətti ilə Tərtər-Quzanlı magistral avtomobil yolunun, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulmuşdur. Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi layihəsinin davamı olaraq təmizləyici qurğunun tikintisi nəzərdə tutulmuşdur.
    2017-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 254,1 milyon manat olmuş, əvvəlki ilə nisbətən 28,4 faiz artmışdır. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 77,5 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manat, nəqliyyat xidmətlərinin həcmi 12,6 faiz artaraq 2 milyon 696,3 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,7 faiz artaraq 165 milyon 628,2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,1 faiz artaraq 29 milyon 968,2 min manat, orta aylıq əməkhaqqı 14 faiz artaraq 243,1 manat olmuşdur.
    Ötən ildə 119 milyon 181,9 min manatlıq əsas fondlar istifadəyə verilmiş, il ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi 140 milyon 228,3 min manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların 87,9 faizi və ya 123 milyon 235,5 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Əvvəlki ilə nisbətən investisiyaların həcmi 80,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi 60,8 faiz artmışdır.
    Rayonda 1308 və ya 26,1 faizi daimi olmaqla 5008 yeni iş yeri açılmışdır.
    2017-ci il ərzində rayon büdcəsinin gəlirləri 7 milyon 327 min manata qarşı 8 milyon 200,6 min manat və ya 111,9 faiz, dövlət büdcəsinin xərcləri 7 milyon 327 min manata qarşı 6 milyon 729,7 min manat və ya 91,8 faiz icra edilmişdir. Dövlət tərəfindən müdafiə olunan xərc maddələri üzrə bütün ödənişlər vaxtlı-vaxtında təmin olunmuşdur.
    Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
    Dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qay-ğının nəticəsidir ki, rayonumuzda sahibkarlıqla məşğul olanların sayı artaraq 4038 nəfər təşkil etmişdir.
    Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalına görə 27 nəfər sahibkara 312 min manat güzəştli kreditlər verilmiş, həmin sahibkarlar tərəfindən 40 yeni iş yeri açılmışdır.
    Hesabat ilində rayonun ticarət və xidmət şəbəkəsində əhaliyə 165 milyon 628,2 min manatlıq geniş çeşidli istehlak malları satılmış, 29 milyon 968,2 min manatlıq ödənişli xidmətlər, 4 milyon 212,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir. 2016-cı ilə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 0,7 faiz, ödənişli xidmətlərin həcmi 1,1 faiz, iaşə obyektlərinin həcmi 0,5 faiz artmışdır.
    Nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin həcmi 2 milyon 696,3 min manat olmuşdur. İl ərzində 529 ton yük və 8 milyon 847 min nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə nəqliyyat xidmətlərinin həcmi 12,6 faiz, yük daşınması 1,7 faiz, sərnişin daşınması 2,4 faiz artmışdır.
    Hesabat ilində rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi olaraq 2017-ci ildə kənd təsərrüfatı məhsulunun həcmi 61 milyon 908,1 min manat olmuşdur və əvvəlki ilə nisbətən 10,3 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 36 milyon 919,5 min manatı və ya 59,6 faizi bitkiçilik məhsullarının, 24 milyon 988,6 min manatı və ya 40,4 faizi heyvandarlıq məhsullarının hesabına formalaş-mışdır.
    Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə suvarma sistemlərində 597 min kubmetr lildəntəmizləmə işi aparılmış, daşqın və selə qarşı 40 min kubmetr torpaq işi görülmüşdür.
    Rayonda mövcud olan 488 subartezian quyusundan 479-u saz və işlək vəziyyətdədir. İl ərzində 221 subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 44 subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunmuşdur.
    Susuzluqdan zərər çəkən ərazilərin su təminatının yaxşılaşdırılması məqsədilə 2016-cı ildə rayonun müxtəlif kəndlərində qazılmış 15 yeni subartezian quyusu 2017-ci ildə idarənin balansına götürülərək istismara verilmişdir. Daha 7 yeni subartezian quyusu qazılmışdır və istismara buraxılması gözlənilir.
    Rayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
    Rayonda kartofçuluğun da inkişaf etdirilməsi diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, ötən il rayon üzrə 498 hektar kartof sahəsindən 5458,6 ton məhsul götürülmüşdür. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 0,4 sentner artaraq 109, 6 sentnerə çatmışdır.
    Rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə qüvvələr səfərbər edildiyindən, rayonun təsərrüfatlarında 16 min 66,8 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 2,1 sentner artaraq 130 sentner olmuşdur. Bundan başqa, 7 hektar bostan bitkiləri sahəsindən 119,5 ton bostan məhsulları istehsal edilmişdir.
    Hesabat ilində dövlət başçımızın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da pambıqçılığın inkişaf etdirilməsi, “ağ qızıl”ın keçmiş şöhrətinin geri qaytarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Görülən işlər öz bəhrəsini vermişdir. Belə ki, dövr ərzində rayonda 3123 hektar sahədə pambıq əkilmiş, əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə artmışdır. İl ərzində 8419,9 ton pambıq tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatmışdır. Sevindirici haldır ki, pambıqçılarımızın gərgin əməyi sayəsində rayonumuz pambığın hektar üzrə məhsuldarlığına görə ölkə üzrə birinci yerdə olmuşdur.
    Ötən il sahələrdən bol şəkər çuğunduru götürülməsi üçün aqrotexniki qaydalara ciddi əməl edilmiş, nəticədə 1541 hektar sahədən 65 min 727,5 ton şəkər çuğunduru istehsal edilmişdir. Çuğundur istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artmışdır. Hər hektardan orta məhsuldarlıq 42,6 ton olmuşdır.

     

    Müəllif: Redaktor, 15:26

    Teqlər:

İsmarıclar bağlıdır.