Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    gorusgh-10 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda i  idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına  layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq,  xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə  idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları  televiziya ekranlarından izləyən mil-yonlarla tamaşaçının qəlbini  riqqətə gətirdi.

    Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edilər. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” – Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

     

    Müəllif: Redaktor, 14:59

    Teqlər:

İsmarıclar bağlıdır.