Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    DSC_9455 (Копировать)DSC_9395 (Копировать)Rayonda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
    Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq, gəncləri bayram münasibəti ilə təbrik edib. Sonra dövlətimiz tərəfindən gənclərimizə göstərilən qayğıdan ətraflı bəhs olunub, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon gənclərinin sosial-iqtisadi inkişafda tutduqları fəal mövqedən geniş söhbət açılıb.
    Sonra gənclər adından Qaraağacı kənd tam orta məktəbin tarix müəllimi Rəşad Qarayev, Ağdərə şəhər körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova, polis şöbəsinin ictimai təhlükəsizliyi bölməsinin polis sahə rəisi Bəxtiyar Əliyev, Kovdadıq kənd kitabxanasının müdiri Nigar Əlizadə, mərkəzi rayon xəstəxanasının tibb bacısı Çinarə Əlibəyli çıxış edərək öz ürək sözlərini bildiriblər.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, onlara günü-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
    Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu söyləyən rayon rəhbəri ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından da danışıb.
    Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib
    Tədbir konsert proqramı ilə davam etdirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:52

    Teqlər:

İsmarıclar bağlıdır.