Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    Möhtərəm cənab Prezident!
    Tarixə qovuşmuş 2017-ci il Azərbaycanda Sizin rəhbərliyinizlə dərin və köklü islahatlar ili oldu.
    Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində ötən ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana, regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmiş, xalqımız sabitlik şəraitində yaşamışdır. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib.
    Hörmətli cənab Prezident!
    Sizin sədrliyinizlə cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında qeyd edilmişdir ki, ötən il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin, eləcə də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. 2017-ci ildə neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. Sizin səmərəli fəaliyyətiniz nəticəsində “Azəri– Çıraq–Günəşli” neft yataqlarının istismar müddətinin uzadılması məsələsi həll olundu və bu kontraktın 2050-ci ilə qədər qüvvədə qalması ölkəmizə milyardlarla dollar gətirəcək. Cari ildə isə TANAP layihəsinin açılışı gözlənilir və beləliklə də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.
    Zati-aliləri!
    Ötən il həmçinin Bakı–Tbilisi– Qars dəmir yolunun açılması hər bir azərbaycanlı, o cümlədən tərtərlilər tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Sizin düşünülmüş, ardıcıl siyasətinizin bəhrəsi olan bu hadisə Azərbaycanın qüdrətini və şöhrətini dünya miqyasında artıracaq və ölkəmizin iqtisadi potensialını daha da gücləndirəcək.
    Möhtərəm cənab Prezident!
    Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində həmişə vətəndaşların qayğı və problemlərinin həlli yolunda Siz əvəzsiz xidmətlər göstərmiş, xalqımızın dərin rəğbətini və inamını qazanmısınız. İqtisadi böhran içində çırpınan müasir dünyada, ələlxüsus neftin ucuzlaşması ilə bağlı regionda milli valyutaların ciddi devalvasiyaya uğradığı bir dövrdə Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təmin olunması, həmçinin əmək haqlarının, təqaüdlərin, müavinətlərin Sizin sərəncamlarınızla artırılması, bir milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən tədbirlər dünyanın heç bir yerində yoxdur. Ötən il Siz vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş yeni qəsəbə ilə tanış oldunuz. Bu önəmli hadisəyə görə bütün tərtərlilər, o cümlədən rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
    Hörmətli cənab Prezident!
    Ötən il Sizin xarici ölkələrə səfərləriniz, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərini Azərbaycanda qəbul etməyiniz ölkəmizin nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət etmişdir.
    Sizin tərəfinizdən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Bu, Azərbaycanın bütün dövlətlərlə mehriban sülh şəraitində yaşamaq istəyini bir daha dünyaya nümayiş etdirdi. Bu, həmçinin bütün İslam ölkələrinin həmrəyliyinə bir çağırış idi.
    2018-ci il isə Sizin tərəfinizdən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur ki, bu da tariximizə, milli-mənəvi dəyərlərimizə böyük qayğınızdan irəli gəlir.
    Cənab Ali Baş Komandan!
    Sizin cəbhə bölgələrinin sosial-iqtisadi inkişafına xüsusi qayğınız bu bölgələrdə yaşayan insanlarda dövlətə, öz doğma Prezidentlərinə inamı qat-qat artırır, yürütdüyünüz siyasət nəticəsində Vətənimizin ərazi bütövlüyünün təmin ediləcəyinə güvənc hissimizi daha da möhkəmləndirir.
    Göstərdiyiniz daimi diqqət nəticəsində cəbhə bölgəsi olan Tərtər rayonu da sürətlə inkişaf edir, sosial-iqtisadi məsələlər ardıcıl həll olunur.

    (Davamı ikinci səhifədə)

    Müəllif: Redaktor, 14:10

    Teqlər:

İsmarıclar bağlıdır.