Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2018-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
    İribuynuzlu mal-qara. 2018- ci il yanvarın 1-i vəziyyətinə rayonda 27367 baş iribuynuzlu mal-qara, o cümlədən 12022 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 2,2 və 0,6 faiz artmışdır.
    2018-ci il yanvarın 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2010-cu il yanvarın 1-nə nisbətən 3462 baş və ya 14,5 faiz, 2017-ci il yanvarın 1-nə nisbətən isə 590 baş və ya 2,2 faiz çoxalmışdır.
    Son 10 il (2008-2017-ci illər) ərzində inək və camışların sayı 10805 başdan 12022 başa çatmaqla 11,3 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 43,9 faizi inək və camışlar, 1284 başı və ya 4,7 faizi düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 27197 baş və ya 99,4 faizini inək naxırı, 170 baş və ya 0,6 faizini camış naxırı təşkil edir.
    Qoyun və keçilər. Qoyunçu-luq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2018-ci il 1 yanvar vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 60 min 351 baş qoyun və keçi (o cümlədən 58 min 855 baş qoyun, 1496 baş keçi) mövcud olmuşdur.
    Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 53,1 faiz, keçi sürüsünün tər-kibində isə anoloji göstərici 56,1 faiz təşkil etmişdir.
    Atlar. 2017-ci il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 711 baş təşkil etmişdir.
    2018-ci ilin əvvəlinə rayonda 160 baş eşşək mövcud olmuşdur.
    Quşlar. Uçot məlumatlarına görə cari ildə yanvarın əvvəlinə quşların sayı 262 min 764 baş təşkil etmişdir ki, ötən illə müqayisədə 0,1 faiz və yaxud 286 baş artmışdur. Mövcud olan quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
    Arı ailələri. Respublikada aparılan uğurlu aqrar siyasət nəticəsində son illər mal-qaranın baş sayının artması ilə yanaşı arıçılıq sahəsində də inkişaf müşahidə edilməkdədir. Belə ki, cari il yanvarın əvvəlinə rayonda 2881 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2017-ci ilin yanvarın 1-i ilə müqayisədə 0,2 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 10:11

    Teqlər:

İsmarıclar bağlıdır.