Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev

    14307461961624530109_1000x669Regionların sosial-iqdisadi inkişafına dair Dövlət Proqramlarının icrası ilə əlaqədar yerlərdə aqrar sahənin,o cümlədən maldarlığın inkişafına xüsusi diqqət yetirilir.
    Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin 19 avqust 2015-ci il tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da heyvandarlığın inkişafına təkan vermişdir.
    Damazlıq işinin məqsədi cinsindən və növündən asılı olmayaraq, kənd təsərrüfatı heyvanlarının genetik potensialını və məhsuldarlıq keyfiyyətini yaxşılaşdırmaqdır. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldarlığa malik olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilmişdir.
    2016-cı ilə nisbətən 2017-ci ildə süni mayalandırılan heyvanların baş sayı daha çoxdur.
    Belə ki, Tərtər rayonunda ötən il 1145 baş heyvan süni yolla mayalandırılıb, 392 bala alınıb.
    Bu işdə Bəyimsarov kəndindən fermer Namaz Hüseynov, Hüsənlidən Qulu Məmmədov, Sarovdan Vüsal Mirzəyev, Cəmillidən Elxan Məmmədov və başqalarının göstəriciləri ürəkaçandır.
    Heyvandarlığın ən gəlirli sahələrindən biri olan maldarlığın inkişaf etdirilməsi üçün süni mayalandırma yolu ilə məhsuldar cinslərin əldə olunması vacib tədbirlərdəndir. Süni mayalanma nəticəsində alınan inəkdən gündəlik süd sağımı 20-25 litrdir. Bu da il ərzində orta hesabla 3500-4000 kq məhsul deməkdir. Bu inəklərin fərqi ondan ibarətdir ki, yedikləri yemi tezliklə südə çevirmə qabiliyyətinə malikdirlər. Ətlik istiqamətində olan cinslər l-il ərzində 300-400 kq çəkiyə malik olur. Süni mayalanmadan alınan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir.

    Tural HƏSƏNOV,
    rayon kənd təsərrüfatı
    idarəsində heyvandarlıq
    sektorunun müdiri

    Müəllif: Redaktor, 10:18

    Teqlər:

İsmarıclar bağlıdır.