Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev

    TER_7900 (Копировать)Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Rayon Icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.
    Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi İslam Məmmədov xidmətin 6 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 6 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.
    Tədbirdə rayon polis şöbəsinin rəisi Rauf Məcidov, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri Pənah Məmmədov, Seydimli kənd tam orta məktəbinin hərbi rəhbəri Təbriz Quliyev öz ürək sözlərini bildirdilər. Sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilmiş videoçarx nümayiş etdirildi.
    Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibəti ilə bir qrup şəxs Dövlət Xidməti və rayon icra hakimiyyəti tərəfindən təltif olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:42

    Teqlər:

İsmarıclar bağlıdır.