Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    14b6bbd630d91cf65919f3af12881cb1Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Gənclər Mərkəzində Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya edilməsi məsələləri, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydaları və su hövzələrində insanların təhlükəsizliyinin təmin edlməsi” mövzularında müşavirə keçirib.
    Müşavirədə Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon polis şöbəsinin, gigiyena və epidemiologiya mərkəzinin, mərkəzi xəstəxananın, təcili tibbi yardım stansiyasının, təhsil şöbəsinin, “Azəriqaz” İstehsalat Birliyinin, elektrik şəbəkə idarəsinin nüma-yəndələri, və ərazi icra nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşları iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, FHK-nın sədri Ramiz Şabanov fövqəladə hallarla mübarizə prosesində birgə fəaliyyətin fövqəladə hadisələrin qarşısının alınmasının, xüsusən də nəticələ rinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsinin müstəsna əhəmiy-yətindən danışıb.
    Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar verərək, “Regional mərkəzin inzibati ərazisində əhalinin mülki müdafiə məsələlərinin təşkili”,“Su hövzələ-rində insanların təhlükəsizliyinin təşkil edilməsi”, “Hansı hallarda 112 Çağrı Mərkəzinə müraciət etməli?” möv-zularında çıxışlar ediblər. Müşavirədə mövcud problemlərin aradan qaldırılması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşaca ğı fəlakət riskinin qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələsinin vacibliyi qeyd edilib.

    Müəllif: Redaktor, 11:58

    Teqlər:

İsmarıclar bağlıdır.