Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidəkompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov məruzə edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.
    Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 11 ailə, 39 nəfər Xocalı sakini hazırda rayonumuzun 7 kən-dində müvəqqəti məskunlaşıblar. Hər bir xocalılıya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir.
    Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Şəhid Ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov, Xocalı sakini Aslan Cabbarov, “Xocalı – qan yaddaşım” möv-zusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Nilufər Hüseynzadə çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıb-lar.
    Anım mərasimində “Xocalım – qan yaddaşım” möv-zusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və Fəxri Fərmanlar verilib, Xocalı soyqırımının dəh-şətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.
    Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.