Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon 2 saylı məktəb-liseyin VII, V və ibtidai sinif şağirdləri və müəllimlər iştirak edirdilər.
    Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında geniş və ətraflı məruzə ilə çıxış etdi. Göstərdi ki, bu qırğın nəticəsində 613 nəfər Xocalı sakini həlak olmuşdur. Onların 63 nəfəri uşaqlar, 106 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Xocalı mühasirəyə alınanda şəhərin 2500 nəfər əhalisi canlarını qurtarmaq məqsədi ilə Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Ancaq dinc əhalinin bu niyyəti baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və 366-cı motoatıcı alayının zirehli texnikası Xocalını viran qoydu. Sankinlərə isə insanlığa sığmayan işgəncələr verildi.
    Məruzədən sonra 2 saylı məktəb-liseyin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənildi. Şağirdlərin ifasnda Xocalıya aid söylənilən şeir parçaları tədbir iştirakçılarını kövrəltdi. Tədbiri yekunlaşdıran Aybəniz Məmmədova Xocalı faciəsinə görə belə bitkin bir tədbirin hazırlanmasına görə məktəb kollektivinə təşəkkürünü bildirdi.
    Sonda tarix-diyarşünaslıq muzeyinin qarşısında xatirə şəkli çəkdirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.