Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şıxarxda məcburi köçkünlər üçün inşa olunmuş 1170 ailəlik şəhərciyə köçürülməyə başlandı. Az vaxtda 600-dən çox ailə yeni mənzillərdə yerləşdirilib.
    Bunlar əsasən Tərtərin Hüsənli, Azadqaraqoyunlu, İsmayılbəyli kəndlərində və şəhərdə uşaq bağçalarında, klub və kitabxanalarda məskunlaşan məcburi köçkün ailələridir.
    Ağdam rayonundan məcburi köçkün düşmüş Məhyəddin Quliyev və oğlu Vüsal yeni qəsəbədə mənzil aldıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər. Vüsal dedi ki, 1992-ci ildən indiyədək ailəmizin və bizim kimi digər ailələrin yaşayış şəraitləri yaxşı deyildi. Burada aldığımız mənzildə hər cür şərait vardır.
    Yaşlı qadın, Ağdam şəhər sakini Aidə Əliyeva da sevincini bizimlə bölüşdü. “Bayrağı uca olsun hökumətimizin” –dedi. “Mənə də 2-ci mərtəbədə 1 otaqlı ev veriblər. Tək qadınam, bəsimdir”.
    Köçürülmə zamanı Umudludan olan Məmmədovlar ailəsi ilə də görüşdük. Ailə 5 nəfərdən ibarətdir. Onlara 3 otaqlı mənzil verilib.
    Ağdamlı Turanə Nəsirova, Səyyaf Nəsirov və İlham Bayramov da razılıqla danışdılar.
    Qəsəbədəki binaların eyvanlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
    Burada həmçinin 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, müsiqi məktəbi, həkim məntəqəsi, klub, icma mərkəzi, inzibati bina, avtomat telefon stansiyası əhaliyə xidmət edəcəkdir.

    Əvəz Nəsirov
    Fotolar Kənanındır.

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.