Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Bəyimsarov kəndi                                                                                                                                      Səhlabad kəndi  Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu rayonun Bəyimsarov kəndində keçirildi. Qəbulda hüquq mühafizə, orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, sahələrinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV təmsilçiləri iştirak etdilər.
    Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında ətraflı məlumat verdi.
    Sonra ağsaqqal Bəhmən Bayramov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində internetin zəif olduğunu qeyd etdi.
    Vaqif Əliyev kənd mədəniyyət evinin, Bəyimsarov kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin, kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova xəstəxananın təmiri ilə bağlı müraciət etdilər.
    Fermerlər Habil İbrahimov və Fazil Vəliyev onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açaraq pambıqçılıqda, şəkər çuğunduru istehsalında əldə etdikləri uğurlardan danışdılar. Pay torpaqlarının şoranlaşmasının qarşısının alınması ilə əlaqədar müraciət etdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əha-lini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

    Tərtər rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində keçirildi.
    Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov məlumat verdi.
    Sonra kənd ağsaqqalı İman Almuradov danışdı, sakinlərdən Xəyal Aslanov Səhlabad kənd tam orta məktəbinin əsaslı təmiri, Elnarə Aslanova kənddə yeni tibb məntəqəsinin tikilməsi, Bayram İbrahimov kənd yollarının əsaslı təmiri, Elşad İsmayılov köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, Arif Mahmudov kəndarası arxların yenidən işlənməsi ilə bağlı müraciət etdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərin operativ həlli üçün lazımi tapşırıqlar verdi.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.