Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması müvafiq qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
    Rayon polis şöbəsinin rəisi Rauf Məcidov, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, rayon polis şöbəsinin rəis müavini Əfqan Qurbanov, Tərtər rayon Mərkəzi Xəstəxanasının psixoloq həkimi Rima Axundova, şəhər 2 saylı məktəb-liseyin şagirdi Ehtiram Rəhimli, şəhər 5 saylı tam orta məktəbin şagirdi Orxan Mustafazadə, Umudlu kənd tam orta məktəbin şagirdi Günay Qasımzadə çıxış edərək rayonda narkomaniyaya qarşı görülən tədbirlər, aparılan profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.