Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    Tərtərli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifələrdə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətlərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
    Bu fikirlər rayonumuzda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Süfrə arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan qa-dınlar, şəhid anaları, ağbirçəklər iştirak edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xanımları bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb.
    Bildirib ki, indi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Qadınlarımızın təhsilimizin, mə-dəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında misilsiz xidmətləri var.
    İcra başçısı Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qadınların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışanlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.
    Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid anaları və ağbirçəklərə hədiyyələr, 2 nəfərə isə “Tərəqqi” medalı təqdim olunub. Çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
    Tədbir rəngarəng konsert proqramı ilə müşaiyyət olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:43

    Teqlər:

İsmarıclar bağlıdır.