Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar


    QARADAĞLI KƏNDİ

    Rayonumuzda və eləcə də kəndlərdə sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun əsas və başlıca səbəbləri rayon icra hakimiyyəti başçısının kəndlərdə vaxtaşırı keçirdiyi səyyar görüşqəbullardır. Belə görüşlərdə kənd sakinlərinin bir çox problemləri elə yerindəcə öz həllini tapır.
    Növbəti görüşlər rayonumuzun Qaradağlı kəndində keçirildi. Həmişəki kimi yenə də səyyar görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisələrin müdirləri, Qaradağlı, Təzəkənd və qonşu Kəngərli kənd-lərinin sakinləri iştirak edirdilər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədov açdı. Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında ətraflı məlumat verdi.
    Çıxışlar oldu. Kənd sakinləri Elbrus Sadıqov, keçmiş polis veteranı Nəriman Sadıqov, məktəb direktoru Eldəniz Ələsgərov çıxışlarında rayon mərkəzində və eləcə də rayonun kəndlərində yaradılan gözəl şəraitdən, kəndlərdə qaz, su, elektrik enerjisi sahəsində, yol çəkilişində heç bir problemin yaşanmadığından danışdılar. Onlar bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
    Çıxış edənlərdən Mənzər Həmidova işə düzəlməklə bağlı, Mehman Qaçayev Qaradağlı kənd orta məktəbinin həyətində yağış suyunun göllənib qalmasından, Kəngərli kənd sakini Çərkəz Nağıyev pay torpaqlarını suvarmaq üçün 1 ədəd subartezian quyusuna ehtiyac olmasından söhbət açdılar.
    Sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlaqədar idarə və müəssisə rəhbərlərinə lazımi tapşırıqlar verdi.

    “Yeni Tərtər”

    HACIQƏRVƏND KƏNDİ

    Hər həftənin ikinci, beşinci günləri yerlərdə rayon rəhbərinin səyyar görüş-qəbul keçirilməsinə adət etmiş kənd sakinləri həmin günləri səbirsizliklə gözləyirlər. Növbəti səyyar görüşqəbul rayon mərkəzinə yaxın olan Hacıqərvənd kəndində keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Sonra Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Vəli Əliyev kənd haqqında, əhalinin əsas məşğuliyyəti barədə geniş və ətraflı məlumat verdi.
    Kənd ağsaqqalı, əvvəllər uzun müddət kolxoz sədri işləmiş İbrahim Məmmədov rayon mərkəzində, eləcə də kəndlərdə həyata keçirilən quruculuq və abadlıq işlərindən ürəkdolusu danışdı.
    Qeyd etdi ki, əvvəllər Tərtərdən çıxıb gedən insanlar indi geri qayıdırlar. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə yaxından qayğısı və rayon rəhbərliyinin əməyi sayəsində mümkün olub.
    Çıxış edənlərdən Ağdam rayon köçkünü Dilarə Mirzəyeva, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Elnur Yusibov kənd sakinlərindən Rəhman İbrahimov, Valeri Babayev, Elşən Səfərov göstərilən qayğı ilə yanaşı, mövcud çatışmazlıqlara da toxundular. 7 hektar deyilən sahədə 1 ədəd subartezian quyusunun vurulmasının vacibliyindən, kəndarası yola asfalt salınmasına ehtiyacdan, camaatın bir qisminin taxıl, arpa, yonca və digər əkinlərə vermək üçün azot kübrəsinin çatışmazlığından, kəndə marşrut avtobusunun işləməməsindən bəhs olundu.
    İcra başçısı Müstəqim Məmmədov müraciətlərə uyğun olaraq müvafiq idarə və təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:00

    Teqlər:

İsmarıclar bağlıdır.