Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    Ata-babaların yolunu davam etdirərək, torpağa qayğı ilə yanaşan, onun hər nazını çəkən tərtərlilər bu baharın gəlişini alnıaçıq, üzüağ qarşılayıblar. Bütün sahələr üzrə bol kənd təsərrüfatı məhsulları istehsal olunub. Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pambıqçılıq sahəsində tərtərlilərin təcrübəsinin yayılmasını tövsiyə edib.
    Abadlıq, quruculuq işləri də uğurla davam etdirilib. Tarix-diyarşünaslıq muzeyi, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilib, 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub, 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə fərdi evlər tikilib.
    Tərtərlilərin fəxr etməyə, öyünməyə haqqı var. Amma bu, heç kəsi arxayınlaşdırmır. Hamının fikri, arzusu ölkə başçısının diqqət və qayğısına cavab olaraq, daha məhsuldar işləməkdir.
    Bahar günəşi ilə birgə oyanan kənd sakinləri tarlalara çıxıb, cari ilin məhsulu üçün bünövrə qoyurlar. Oyanan torpağa qarışan alın təri ruzi-bərəkətə çevriləcək, çəkilən zəhmətin bəhrəsi kimi əkinçiləri mükafatlandıracaq.
    Yurdumuza xoş gəlmisən, bahar! Qədəmlərin uğurlu olsun. Xoş müjdələrlə sevindir bizi!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:05

    Teqlər:

İsmarıclar bağlıdır.