Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Söylən kəndində keçirilib.
    Əvvəlcə Söylən kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Söylən kənd tam orta məktəbin direktoru Akif Xəlilov, körpələr evi-uşaq bağçasının müdiri Esmira Məmmədova, kənd sakinlərindən Arzu Quluyev, Eldəniz Atayev görülən işlər və mövcud nöqsanlar barədə çıxış ediblər.
    Qəbulda sakinlərə bildirilib ki, respublika Prezidentinin 5 mart 2018-ci il tarixli Sərəncamı ilə onların kəndi ilə yanaşı təbii qaz olmayan rayonumuzun daha 7 kəndinə də yaxın günlərdə qaz çəkilişi işlərinə başlanılacaqdır. Bununla da rayonumuzun ərazisinin qazlaşması 100 %-ə çatacaqdır. Qaldırılan digər məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilib.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:45

    Teqlər:

İsmarıclar bağlıdır.